Əsas şəkil

Püsək kənd məscidi

Tarixi
XIX-XX yüzil
Yerləşmə
Əvvəlki toponim

Zəngəzur ma­ha­lının Qara­kilsə rayonun­dakı Püsək kən­dində

Yerləşmə
Hazırkı toponim

Gəncə quber­ni­yası–Yeliza­vet­­pol, qara­kil­sə rayonu–Sisian, Püsək kəndi–1930-cu ilin sonunda ləğv edilib.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Püsək məs­cidi­nin daşdan yonulmuş  dirəyi 1980-ci illərə kimi qal­maqda idi.

Məlumat

Püsək kəndində məscid və molla­xa­na ol­muşdur. Məscidin nəzdindəki molla­­­xa­nanın sonuncu müəllimi Hacı İs­ma­yıl idi. Onun oğlu Molla Lətif 1937-ci il repressiya qurbanı olmuşdur. Məs­cid­lər dağıdılmış, anbara çevril­miş­dir. Pü­­sək məscidinin daşdan yonul­muş di­rə­­­yi 1980-ci illə­rə kimi qalmaq­da idi. XVIII əsrdən başlayaraq, köh­nə Sofu­lu­nun ətraf yerlərində əha­linin məskun­laşma­sı prosesi başlamışdır. Nə­ti­cə­də Pü­sək, Alişər, Qıvzaq kənd­lə­ri mey­da­na gəlmişdir. Püsək kən­dinin şi­mal–qərbində Bəylik əra­zisində Bəy­balı kən­di, Alişər­lə Murxuz arasında Əy­ri­ça­yın sağ sa­hilində Almalı kən­di möv­cud ol­muşdur. Püsək, Sofulu kən­dinin yu­xarı, Alişər orta, Qıvraq aşağı mə­həlləsini təşkil edib. Püsək kəndində erməni daşnak birləşmələrinin hücumunaməruz qalmış kənd əhalisi qar­lı, çov­ğunlu gündə – 15 mart 1918-ci ildə kən­di tərk etmiş, Qırxlar da­ğını aşaraq, Nax­çı­vana sığınmışdır. So­vet haki­miyyə­­ti qu­rulandan sonra  əhali­nin   bir

qis­­mi ge­ri qayıtmışdır.[i] 

Kənddə 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 260 nəfər, 1914-cü ildə 310 nəfər azərbaycanlı yaşamışdır.[ii] 1918-ci ildə ermənilər azər­­baycanlıları qırğınlarla deportasiya etmişlər. İndiki Ermənistanda sovet hö­kuməti quru­landan sonra sağ qalanlar öz kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 150 nəfər, 1926-cı ildə 149 nəfər, 1931-ci ildə 197 nəfər azər­baycanlı yaşamışdır.[iii]
 

Toponim qə­dim türk dilin­də "gül çələn­gi" mə­na­sında işlənən püsək (əs­li psak) sö­zündən[i] əmələ gəlmişdir. Rel­yef əsasında ya­­ra­nan sadə qu­ruluşlu topo­nim­dir.
 


[i] Древнетюркский словарь, Л., "Наука", 1969. s.398


[i] http://www.anl.az/down/meqale/azadliq/2013/sentyabr/326455.htm

[ii] Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство "Мелконян фонд", 1932, с. 78–79, 148–149

[iii] Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство "Мелконян фонд", 1932, с. 78–79, 148–149