Qabaxlı kənd qəbirüstü abidələri
Dərələyəz mahalı Keşişkənd rayonunun Qabaxlı kənd qəbiristanlığında.
Keşişkənd – 1957-ci ildən Yeğeqnadzor, Qabaxlı kəndi 1990-cı ildən Qoğtanik adlandırılıb.
Memarlıq
Hazırda bu qəbiristanlıq ermənilər tərəfindən tamamilə dağıdılıb [i]. Orada qalan bir qisim qəbirüstü daş qoç və sənduqə erməni abidəsi kimi təqdim olunur.
[i] http://atsam.org/region-dovletleri/azerbaycan/174-ermenistanda-azerbaycan-medeni-irsine-qarsi-vandalizm.html
Toponim türk Qabaq tayfasının adına, mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib “qabaq tayfasına mənsub yer, kənd” mənasını bildirir[i] .
Rusiya İmperiyasının 28 yanvar – 9 fevral 1897-ci il tarixli birinci əhali sayına əsasən İrəvan quberniyası, Şərur-Dərələyəz qəzasının Qabaxlı kəndində 566 nəfər (312 nəfəri kişi, 254 nəfəri qadın) əhali yaşayırdı və onların hamısı müsəlman idi [ii]. Dərələyəz mahalının Keşişkənd rayonunun Qabaxlı kəndinin köhnə qəbiri-stanlığında çoxlu qəbirüstü daş qoç və sənduqə vardı.
Qəbirüstü abidələr və Azərbaycan mənşəli yer adları, toponimlər də Qabaxlı kəndinin tarixən azərbaycanlıların vətəni olduğunu və onların burada yaşadığını təsdiqləyir. 1988-ci il deportasiyasından sonra kəndə ilk erməni ailələri köçürülüb.
[i] Necdet Sevinç. Gaziantep'te yer adları ve türk boylan, aşiretleri, türk oymakları // Türk dünyası araştırmaları . – 1983 . – № 26 . – S. 1-38; 94-95.
[ii] Первая всеобщая перепись населения Российской Империи 1897 года. Под редакцией Николай Александровича Тройницкого. Населённые места Российской империи в 500 и более жителей с указанием всего наличного в них населения и числа жителей преобладающих вероисповеданий по данным первой всеобщей переписи населения 1897 года. Санкт-Петербург, 1905Печатано по распоряжению Господина Министра Внутреннихъ Делъ. Типография «Общественная польза». Большая Подъяческая ул., д. № 39. Паровая Типо-Литография Н. Л. Ныркина. Измайловский полкъ, 7 рота, д. № 13. Оглавление: Губернии и области Кавказа.—>LXXI. Эриванская губерния, стр. 53.