- Tarixi
- X–XI əsrlər
- YerləşməƏvvəlki toponim
Dərələyəz mahalının Keşişkənd rayonunun Qabaxlı (Canı-Qabaxlı, Aşağı Canı) kəndində
- YerləşməHazırkı toponim
Keşişkənd 1935–1957-ci illərdə Mikoyan, 06.12.1957-ci ildən Yeğeqnadzor adlanır[i]. Qabaxlı kəndi– 1990-cı ildən Qoğtanik
[i] Информационно-Статистический отдел при секретариате президиума верховного совета Армянской ССР. "Армянская ССР: Административно-территориальная деление на 1-ое января 1948 года", Издание первое. Армгосиздать, Ереван, 1948, стр. 76
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Azərbaycanlı-ların Qabaxlı kəndindən 1988-ci ilin noyabr ayının sonundakı deportasiyasından sonra Qabaxlı kəndindəki tarixi, qədim məzarlıqla birlikdə oradakı abidələr də ermənilər tərəfindən dağıdılıb. Haqqında yazılan qəbirüstü sənduqə də qismən dağıdılıb[i].
[i] https://www.facebook.com/photo/?fbid=105289456213860&set=a.105289376213868
- Məlumat
Qəbirüstü sənduqə Dərələyəz mahalının Keşişkənd rayonunda Alagöz çayının sol sahilindəki Qabaxlı kəndindəki qədim qəbiristanlıq ərazisində yerləşir. Sənduqə boz qaya daşı yonularaq hazırlanıb. Uzunluğu 1,7–2 metr hündürlüyü isə 0,6–0,7 m civarındadır. Sənduqənin yan tərəflərinin ətrafı hörük formasında naxışla bəzədilib. Sənduqə üzərində atlı süvari, qalxan, qopuz, oturaq vəziyyətdə olan insan təsviri yer alıb. Bununla yanaşı, səkkizguşəli ulduz quruluşunda möhür təsviri də var[i]. Mərhumun döyüşçü və ozan olması təs-virdən aydın olur. Təsvirlər abidənin oğuz türklərinə mənsubluğunu göstərir.
1873-cü ilin kameral siyahıyaalın-masına əsasən, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında Alagöz (Canıçay) çayının hər iki sahilində yerləşən və dövlət xəzinəsinə məxsus Qabaxlı kəndində 33 evdə 159 nəfəri kişi, 109 nəfəri qadın olmaqla, toplam 268 nəfər azərbaycanlı yaşamışdır[ii]. 1905-ci ilə olan məlumata əsasən, İrəvan quberniyası, Şərur-Dərələyəz qəzası, Alagöz kənd cəmiyyətinə daxil olan Qabaxlı kəndində 42 evdə 316 nəfəri kişilər, 298 nəfəri isə qadınlar olmaqla, 614 nəfər[iii] azərbaycanlı yaşamışdır. Kənddə 1916-cı ildə 763 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni təcavüzünə məruz qalan kənd sakinləri deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar geri – öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 59, 1926-cı ildə 217, 1931-ci ildə 330 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında kəndin sakinləri tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunub[iv].
Toponim türk Qabaq tayfasının adına[i] mənsubluq bildirən “-lı” şəkilçisinin artırılması ilə düzəlib “qabaq tayfasına mənsub yer, kənd” mənasını bildirir. F.Kırzıoğlu göstərir ki, yayı hazırkı Ermənistanda, qışı Qarabağda keçirən türk tayfalarından biri “qabaq” adlanırdı[ii] Etnotoponim-dir. Quruluşca düzəltmə toponimdir.
[i] Necdet Sevinç. Gaziantep'te yer adları ve türk boylan, aşiretleri, türk oymakları. - Türk dünyası araştırmaları, 1983,№ 26,s.1-38.s.94-95
[ii] Budaqov B.Ə., Qeybullayev Q.Ə. Ermənistanda Azərbaycanmənşəli toponimlərin izahlı lüğəti, «Natta Press», Bakı, 1998, s.171
[i] https://www.facebook.com/photo/?fbid=105289456213860&set=a.105289376213868
[ii] Памятная книжка Эриванской губернии на 1906 год. Отдел третий. стр. 72
[iii] Кавказский календарь на 1915 год". Оглавление: Отдел второй, стр. 13, 17, 58
[iv] https://www.facebook.com/photo/?fbid=105289456213860&set=a.105289376213868
