- Tarixi
- XI-XII yüzil
- YerləşməƏvvəlki toponim
Dərələyəz mahalı Keşişkənd (Yeğeqnadzor) rayonu Qabaxlı kəndində.
- YerləşməHazırkı toponim
Qabaxlı kəndinin adı 1990-cı ildə dəyişdirilərək Qoğtanik adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Abidələr hissə-hissə ermənilər tərəfindən oğurlanıb, daşlarını kənd əhalisi sökərək divarlarının hörgüsündə istifadə ediblər.
- Məlumat
Qabaxlı kəndinin qəbiristanlığında qəbirlərin üstündə çoxlu qoç və at şəkli olan daşlar mövcud olub. Bundan başqa bu kəndin aşağı hissəsində qədim bir abidə və bir neçə tağdan ibarət və qapısı qibləyə baxan böyük bir abidə qoyulub. Bu abidələr qədim albanlara aid olub [i], [ii].
Toponim türk Qabaq tayfasının adına, mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib “qabaq tayfasına mənsub yer, kənd” mənasını bildirir.
[i] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 2008. – S. 342.
[ii] https://az.wikipedia.org/wiki/Qabaxl%C4%B1_(Ke%C5%9Fi%C5%9Fk% C9%99nd
