Əsas şəkil

Qalaça dağında qala

Tarixi
Orta əsrlərə aid
Yerləşmə
Əvvəlki toponim

Amasiya rayo­nu­nun Gül­seh­ran (Çivinli) kən­dində

Yerləşmə
Hazırkı toponim

Gülsehran (Çi­vin­likən­­­d­i­nin adı 19.04.1991-ci ildə  dəyişdi­ri­lib, Yenacur qoyulmuşdur.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Ermənistan döv­­ləti tərə­fin­dən azərbay­can­­lılara məx­sus abi­də oldu­ğu üçün restav­rasi­ya olun­ma­yıb. Qala uçub dağıl­sa da, x­a­­­­­­ra­ba­lığı indi də qalıb.

Məlumat

Amasiya rayonunun Gülsehran (Çi­vinli) kəndindəki Qalaça dağının zir­vəsində yerləşir. Qala orta əsrin mü­dafiə isteh­kamı olub. Qalanın divarları uçulub da­ğıl­sa da, onun qalıqları, di­var­dakı nəhəng daşlar, qalanın içəri­sindəki xarabalıqlar orta əsrlərdə  onun alınmaz bir qala oldu­ğunu göstərir.[i]Bizə görə, toponim Kən­gərli tayfasının bir qolunu təşkil edən cinli (qədim forması "cen"dir) türk etno­nimi əsa­sında formalaşmışdır. Etnotopo­nimdir. Görünür, cinli etnoniminə "iv" səs birləşməsi sonradan əlavə edilərək çivin­li formasına düşmüşdür. Quru­luş­ca sadə toponimdir.[ii]Kəndin sakinləri azərbaycanlıların etnoqrafik qrupların­dan olan qarapapaqlar olmuşdurKənddə 1905-ci ildə 270 nəfər, 1914-cü ildə 350 nəfər azərbaycanlı yaşamış­dır. 1915-ci ildə azərbaycanlılar qovul­muşdur. 1920-ci ildən indiki Ermənis­tanda sovet hökuməti qurulandan sonra azərbay­can­lılar geri qayıda bilmişdir. 1922-ci ildə kənddə 234 nəfər, 1926-cı ildə 294 nəfər, 1931-ci ildə 324 nəfər, 1987-ci üdə 534 nəfər azərbaycanlı yaşamışdır.[iii] 1915-1916-cı illərdə kənd erməni təcavüzünə məruz qalmış, dağıdılmış, əhalisi Tür­kiyə ərazisinə sığınmağa məcbur olmuş­dur. 1922-ci ildə əhalinin bir hissəsi geri qayıtmış və kəndi bərpa etmişdir.[iv] 1989-cu ilin qışında azərbaycanlılar Er­mə­nistan hökuməti tərəfindən qovul­muş­dur. İndi kənddə ermənilər yaşayır.

Nəhəng daş­lar­la tikilən qala xal­qı düşmən hü­cum­larından qo­­­ruyan müda­fiə istehkam xa­­rak­terli olub, Azər­­bay­can ta­ri­­xi­­nin Gülseh­ran (Çivinli) kən­­dində yer­lə­şən  qə­­dim nü­­mu­­nə­lə­ridir.


 

 


[i] Tacir Səmimi. “Gülsehran”. Bakı, “Apostrof”, 2009. səh.27

[ii]  Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.62–63

[iii] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.20–21, 104–105

[iv] https://az.wikipedia.org/wiki/%C3%87ivinli