- Tarixi
- XII–XIII əsrlər
- YerləşməƏvvəlki toponim
Loru mahalındakı Barana rayonunun Qalaça kəndində
- YerləşməHazırkı toponim
Barana rayonu–Noyemberyan,Qalaça kəndi 25.01.1978-ci ildən-Berdavan (Qala qəsəbəsi)
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
XII–XIII əsrlərə aid Qalaça qalasının xarabalıqları və onun yaxınlığındakı qəbiristanlıq-da olan qəbirüstü sənduqələrin çoxu ermənilər tərəfindən dağıdılsa da, bir qismi indiki dövrdə otların arasında tərk edilmiş vəziyyətdə qalmaqdadır[i].
[i] https://az.wikipedia.org/wiki/Qalaça_(Loru)#/media/Fayl:Բերդավան_գյուղի_ամրոց.jpg
- Məlumat
Qəbirüstü sənduqələrin yerləşdiyi Qalaça kəndi rayon mərkəzindən 3 km şimalda yerləşir. Sənduqələrin olduğu qədim məzarlıq yüksəklik yerdə, qalanın 100–150 metr yaxınlığındadır. Sənduqələr ağır qaya daşları yonularaq hazırlanıb. 20 civarında müxtəlif ölçüdə sənduqənin, qalanın və İslam mədəni irs nümunəsi hesab olunun qəbirüstü sənduqələrin varlığı azərbaycanlıların qədim dövrlərdən kənddə yaşadığına nişanədir[i].
1831-ci ildə kəndin əhalisi azərbaycanlılar olub. Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilərin İrandan kəndə köçürülməsi nəticəsində azərbaycanlılar terrora məruz qalaraq qovulub. 1918–1920-ci illərdəki soyqırımı zamanı kəndin azərbaycanlı əhalisinə divan tutulub. Sağ qalanlar kəndi tərk edib. Sovet hakimiyyətinin qurulmasından sonra ancaq bir neçə ailə geri qayıdıb. 1926-cı ildə burada 3 nəfər azərbaycanlı yaşamışdır[ii]. Kəndin cənub-şərqində XII–XIII əsrlərə aid xarabalıqları qalır.
Toponim qala sözünə kiçiltmə mənasını bildirən “-ça” şəkilçisi artırmaqla əmələ gəlib “kiçik qala yanında olan kənd” mənasını verir. Kəndin cənub-şərqində XII–XIII əsrlərə aid qalanın xarabalıqları indi də qalır. Kənd adını məhz həmin qaladan götürmüşdür. Quruluşca düzəltmə toponimdir.
