Əsas şəkil

Qaladibi kəndində qala

Tarixi
X–XI əsrlər
Yerləşmə
Əvvəlki toponim

Gərnibasar ma­halının Qə­mər­li rayonu­nun Qa­ladibi kən­dində 

Yerləşmə
Hazırkı toponim

Qəmərli rayonu –04.09.1945-ci ildən Artaşat 

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Qaladibi yaxın­lığındakı qala komplek­sinin bünövrə qalıq­ları əra­zidə qal­maq­dadır. Bun­­lar ermə­ni­lər tə­­rə­findən mə­­nim­səni­lə­rək, “erməni abidə­si” kimi təq­dim edilir.

Məlumat

Qaladibi vaxtilə İrəvan quber­ni­yasının İrəvan qəzasında, indiki Artaşat rayonunda kənd olub. Qə­dim tarixi qala Qərbi Azərbay­ca­nın Qəmərli (Artaşat) rayonunun Qa­ladibi kəndinin kənarın­dakı Də­və­gözü çayının yuxarısında (ha­­zırda Ararat vilayətinə daxil­dir) yer­­ləşir. Ermənilər qalanı Kakava­berd və ya Keghi adlandırır.

Qalanın ətəyində əhalisi ancaq azər­bay­canlılardan ibarət olan Qa­la­dibi kəndi yerləşirdi. Qafqazın 5 verstlik xə­ritəsində kənd haqqında qeyd edilmiş­dir. 1930-cu illərdə Vedi (Ararat) rayo­nunun tabeli­yin­də olmuşdur.

Kənddə 1873-cü ildə 155, 1886-cı ildə 221, 1897-ci ildə 300, 1904-cü ildə 242, 1914-cü il­də 399, 1916-cı ildə 428 nəfər azər­baycanlı yaşayıb. 1918-ci ildə kən­din sa­kinləri zorla və qırğın­lar­la ermə­ni­lər tərəfindən qovul­muş­dur. 

İndiki Ermənistanda sovet ha­kimiy­yəti qurulandan sonra sağ qa­lan azər­baycanlılar öz kəndlə­rinə qayıda bil­mişdir.

Burada 1922-ci ildə 126, 1926-cı ildə 130, 1931-ci ildə 189, 1939-cu ildə 387 nəfər azərbaycanlı ya­şamışdır. SSRİ Na­zirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948–1949-cu illərdə zorla tarixi-etnik torpaq­la­rın­dan çıxarılıb Azər­baycana kö­çü­rülmüşdür. Kənd 1950-ci ildə ləğv edilmişdir[i].

Toponim iki sözün: “qala” və “bir yerin ən uzaq, ən də­rin yeri” mə­­nasında iş­lənən “dib” sö­zünün bir­ləş­məsin­dən ibarətdir. Gö­rünür, kənd qa­lanın yanın­da salındığı üçün bu ad ve­rilib. Relyef əsasında yara­nan mürəkkəb quruluşlu to­ponimdir.
 


[i] https://wikimapia.org/39093057/az/Qaladibi