- Tarixi
- VIII–IX əsrlər
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Basarkeçər rayonundakı Qanlı (Qanlı Allahverdi, 12.08.1946-cı ildən Qamışlı) kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu–11.06.1969-cu ildən Vardenis, Qanlı kəndi 1976-cı ildən Torfavan, 09.04.1991-ci ildə Kərkibaş kəndi ilə birləşdirilib və Vanevan adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Alban məbədi “erməni abidəsi” olmadığı üçün ermənilər tərəfindən təmir edilməyib. Azərbaycanlılar 1988-ci ilin dekabr ayında ərazini tərk etdiyi dövrdə məbədin yerləşdiyi ərazidə qalıqları vardı.
- Məlumat
Qanlı alban məbədi kəndin mərkəzində yerləşirdi. Məbəd VIII–IX əsrlərə aid edilir[i]. Məbədin tikintisində tuf daşdan istifadə edilib. Uzunluğu 8, eni 4, hündürlüyü isə dam örtüyü ilə birlikdə 6 metr civarında olub.
Kəndin mərkəzindəki qədim qəbiristanlıq burada ta qədimdən insanların yaşamasına sübut edir. Alban əlifbası ilə yazılmış abidələr bu yerlərin alban türklərinə məxsusluğuna bir nişanədir. Alban daş abidələri, qəbirlər azərbaycanlılar 1988-ci il Ermənistandan deportasiya olunanadək qalırdı.
XII əsrdə Göyçə mahalı, o cümlədən Qanlı kəndi də ərəblər tərəfindən işğal olunur və həmin dövrdə yerli əhali İslam dinini qəbul etməyə məcbur edilir. XIV əsrdə Göyçə mahalına Əmir Teymur hücum edir. XVI əsrdə mahal Ağqoyunluların təbəəliyini qəbul edir[ii].
Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 3 dəfə dəyişdirilmişdir. Həmin ad 1946-cı il avqustun 12-nə kimi olmuşdur. Kəndin ikinci adı olan “Qamışlı” sözünün mənası isə kəndin alt hissəsində yerləşən böyük torf mədənində qamışlığın olması ilə bağlıdır. Həmin ad 1976-cı ilə qədər mövcud olmuşdur. Kəndin üçüncü adı olan Torfavan sözünün mənası kəndin alt hissəsində yerləşən böyük torf mədəninin adı ilə bağlıdır. Bu adın kəndə verilməsinin əsas səbəbi erməni daşnaklarının apardıqları antitürk siyasətinin təsiri nəticəsində olmuşdur[iii].
Tarixi sənədlərə görə, 1831-ci ildə Qanlı Allahverdi kəndinin (Qamışlıdan köçüb bu kəndə pənah gətirənlərlə birlikdə) əhalisinin sayı 314 nəfər olub. Kənddə yaşayan azərbaycanlıların sayı 1897-ci ildə 397, 1908-ci ildə 445, 1914-cü ildə 465, 1916-cı ildə 483 nəfər həddinə qədər artıb. 1918-ci ilin noyabrında kənd ermənilər tərəfinfən qismən, 1919-cu ilin aprelində isə bütünlüklə yandırılıb və talan edilib. 1922-ci ildə qaçqınların cəmi 30 faizə qədəri, 165 nəfər qayıdaraq kəndi yenidən bərpa etmişlər. Amma bu vaxtdan etibarən ermənilər rəsmi sənədlərdə kəndin adını Qanlı Allahverdi kimi yox, Qanlı kimi göstərmişlər. 1931-ci ildə kənd sakinlərinin sayı 287, 1945-ci ildə 363 nəfər idi. 1948–1953-cü illər aralığında dövlət səviyyəsində həyata keçirilən deportasiya zamanı Qanlı kəndi də qara siyahıya düşmüş, kənd bütövlükdə Kür-Araz ovalığına köçürülmüşdür.
Əhalinin bir qismi aran zonasına uyğunlaşa bilməyərək, bir qismi isə malyariya nəticəsində tələf olmuşdur. 1956-cı ildən sonra sağ qalanların az bir hissəsi yenidən kəndə qayıdaraq onu bərpa etməyə çalışmışlar. 1979-cu il siyahıyaalınmasının nəticələrinə görə kənd əhalisinin sayı 673 nəfər olmuşdur. 1988-ci il noyabrın 24-dən dekabrın 7-nə qədər erməni quldurları tərəfindən mühasirəyə alınmış Qanlı kəndi iki şəhid vermiş – 62 yaşlı Əhmədov Firudin Həsən oğlu aldığı fiziki xəsarətlər nəticəsində, 61 yaşlı İbrahimov Mirzağa İbad oğlu isə təqiblər zamanı borana düşərək dünyalarını dəyişmişlər. Kənd əhalisi həmin vaxt Azərbaycana köçmək məcburiyyətində qalmışdır.
Qanlı kəndinin yaranma tarixi XIV əsrin sonu (1387) XV əsrin əvvəlinə (1410) təsadüf edir. Kəndin yaranması və ilk adı olan “Qanlı” sözü Dədə Qorqud dastanını təşkil edən 12 türk boylarından biri Səlcuq türklərinin nəslindən olan “Kanlı” qolunun adı ilə bağlıdır[i]. Toponimlə yanaşı, qəbirüstü kitabələr kəndin azərbaycanlılar yaşayan qədim yurd yeri olduğunu göstərir.
[i] https://az.wikipedia.org/wiki/Qanl%C4%B1
