Əsas şəkil

Qanlı kəndində qəbirüstü kitabələr

Tarixi
XI–XII əsrlər
Yerləşmə
Əvvəlki toponim

Göyçə maha­lının Basar­ke­çər rayo­nun­­­dakı Qan­lı (Qanlı Al­lah­verdi, 12.08.1946-cı ildən Qamış­lı) kəndində

Yerləşmə
Hazırkı toponim

Basarkeçər rayonu 11.06.1969-cu ildən Varde­nis, Qanlı kəndi 1976-cı ildən Torfa­van, 09.04.1991-ci il­də Kərkibaş kəndi ilə bir­ləş­dirilib Va­ne­van adlan­dırılıb.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Alban daş abi­dələri və qə­bir­lərin üzə­rindəki ki­ta­bə azərbaycanlılar 1988-ci il Ermənistandan deportasiya olu­nanadək qalırdı. İndiki dövrdə də qal­­maqdadır və ermə­ni­lər tə­rə­­findən üzə­rinə erməni elementləri əlavə edilib “erməni abi­dəsi” ki­mi təq­­dim olu­nur.

Məlumat

Qanlı kəndinin mərkəzindəki qə­dim qəbiristanlıqdakı alban əlifbası ilə yazılmış abidələr bu yerlərin al­ban türklərinə məxsusluğuna bir ni­şanədir. Alban daş abidələri, qəbir­üstü kitabə­lər­lə yanaşı, qəbiristan­lıqda Oğuz və Səl­cuqlulara aid çox sayda qəbirüstü abidə və kitabələr mövcud olub. Kitabələr üzərindəki yazı və təsvirlərdə mərhum haqqın­da məlumatla yanaşı, mənsub oldu­ğu soy və tayfa haqqında da məlu­mat­lar yer alıb. 

XII əsrdə Göyçə mahalı, o cüm­lədən Qanlı kəndi də ərəblər tərə­fin­dən işğal olunur və həmin dövr­də yerli əhali İslam dinini qəbul et­məyə məcbur edi­lir. XIV əsrdə Göy­­çə mahalına Əmir Tey­mur hü­cum edir. XVI əsrdə mahal Ağqo­yun­luların təbəəliyini qəbul edir[i].

Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 3 dəfə də­yiş­dirilmişdir. Kəndin ikinci adı olan “Qamışlı” sözünün mənası isə kəndin alt hissəsində yerləşən bö­yük torf mədə­nində qamışlığın ol­ma­sı ilə bağlıdır. Həmin ad 1976-cı ilə qədər mövcud olmuşdur. Kən­din üçüncü adı olan Torfavan kən­din alt hissə­sin­də yerləşən böyük torf mədəni­nin adı ilə bağlıdır. Bu adın kəndə verilməsinin əsas səbəbi erməni daş­naklarının apar­dıqları an­titürk siya­sə­tinin təsiri nəticə­sində olmuş­dur[ii].

Tarixi sənədlərə görə, 1831-ci ildə Qanlı Allahverdi kəndinin (Qa­mış­lıdan köçüb bu kəndə pə­nah gə­tirənlərlə birlikdə) əhalisinin sayı 314 nəfər olub. Kənddə yaşa­yan azərbaycanlıların sayı 1897-ci ildə 397, 1908-ci ildə 445, 1914-cii ildə 465, 1916-cı ildə 483 nəfər həddinə qədər artıb. 1918-ci ilin noyabrında kənd ermənilər tərəfindən qismən, 1919-cu ilin aprelində isə bütün­lük­lə yandırılıb və talan edilib. 1922-ci ildə qaçqınların cəmi 30 faizə qə­də­ri, 165 nəfər qayıdaraq kən­di yeni­dən bərpa etmişlər. Amma bu vaxt­dan etibarən ermənilər rəsmi sənəd­lərdə kəndin adını Qanlı Allahverdi kimi yox, Qanlı kimi göstər­mişlər. 1931-ci ildə kənd sakinlərinin sayı 287, 1945-ci ildə 363 nəfər idi. 1948–1953-cü illər aralığında döv­lət sə­viyyəsində həyata keçirilən de­­por­tasiya zamanı Qanlı kəndi də qara siyahıya düşmüş, kənd bütöv­lükdə Kür-Araz ovalığına köçürül­müşdür.

Əhalinin bir qismi aran zonasına uyğunlaşa bilməyərək, bir qismi isə malyariya nəticəsində tələf olmuş­dur. 1956-cı ildən sonra sağ qalan­la­rın az bir hissəsi yenidən kəndə qayıdaraq onu bərpa etməyə çalış­mışlar. 1979-cu il siyahıya­alınma­sı­nın nəticələrinə görə kənd əhali­sinin sayı 673 nəfər olmuşdur. 1988-ci il noyabrın 24-dən dekab­rın 7-nə qədər erməni quldurları tə­rə­findən mühasirəyə alınmış Qanlı kəndi iki şəhid vermiş – 62 yaşlı Əh­mədov Firudin Həsən oğlu al­dığı fiziki xəsarətlər nəticəsində, 61 yaşlı İbrahimov Mirzağa İbad oğlu isə təqiblər zamanı borana düşərək dünyalarını dəyişmişlər. Kənd  əha­lisi həmin vaxt Azərbaycana köç­mək məcburiyyətində qalmışdır.

Qanlı kən­di­nin yaranma tarixi XIV əsrin sonu (1387) –XV əsrin əvvəli­nə (1410) təsadüf edir. Kəndin ya­ran­ması və ilk adı olan “Qanlı” sö­zü  “Də­də Qorqud” das­tanını təş­kil edən 12 türk boy­la­rından biri “Səlcuq” türk­lərinin nəslindən olan “Kanlı” qolunun adı ilə bağlı­dır[i]. To­po­nimlə yana­şı, qəbirüstü kitabələr kən­din azər­bay­canlılar yaşayan qə­dim yurd ye­ri oldu­ğu­nu göstərir. 
 


[i] https://az.wikipedia.org/wiki/Qanl%C4%B1


 


[i] https://az.wikipedia.org/wiki/Qanl%C4%B1

[ii] https://az.wikipedia.org/wiki/Qanl%C4%B1