- Tarixi
- E.ə. XIII əsr
- YerləşməƏvvəlki toponim
Şörəyel mahalının Ağin rayonundakı Qapılı kəndində
- YerləşməHazırkı toponim
Ağin rayonu–12.10.1961-ci ildən Ani, Qapılı kəndi 03.02.1947-ci ildən Qusanagyuğ “Aşıq” kəndi adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Kəndin yaxınlığında Urartu dövründə inşa edilən uçuq qalanın qalıqları, divarları indi də durur. “erməni abidəsi” kimi təqdim olunur.
- Məlumat
Urartu dövrünə aid qala, rayon mərkəzindən 15 km cənub-qərbdə, Qərbi Arpaçayın yaxınlığında, İrəvan-Gümrü yolunun üstündəki Qapılı kəndində yerləşir. Urartu dövrünə aid edilən qalanın e.ə. XIII əsrdə tikildiyi ehtimal olunur. Enli divarları qalanın tikintisinə xüsusi diqqət yetirildiyini göstərir. Əsrlər keçməsinə baxmayaraq, qala divarlarının qalıqlarının hazırkı dövrə qədər gəlib çatması o dövrdəki mədəni inkişafın səviyyəsini göstərir. Kəndin adı “İrəvan əyalətinin icmal dəftəri”ndə[i], Qafqazın 5 verstlik xəritəsində[ii]qeyd edilmişdir.
Kəndin ərazisindəki böyük bazilika, həmçinin çox qədim tarixi keçmişi olan qalanın ərazinin mərkəz və strateji əhəmiyyətli olduğunu göstərir. Toponim türk dilində “dar dərənin yarıqlara bölünmüş yuxarı hissəsi”, “dağ yamacında dərə” mənasında işlənən qapı sözünə[i] “-lı” şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.
[i] Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.253
