Qara Daş piri

Tarixi:
XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Göyçə gölünün c­ə­­nub və cə­n­u­b­-şərq his­­sə­si­ni tu­tan Ba­sar­­­k­e­çər nah­i­yəs­i Şah­­­dağ sil­si­lə­sin­­dəki Tər­sə yay­la­ğın­da.

Yerləşmə /
Hazırkı toponim:

1969-cu ildə er­mə­ni kil­səsi tə­rə­­findən Ba­sar­keçər nahi­yə­si­nin adı də­yiş­di­ri­­lə­rək Var­de­nis, Tərsə yay­la­ğı isə Tərsa ad­­lan­dırı­lıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Qara daş piri 1988-ci il de­por­ta­si­ya­sın­dan son­­ra sahibsiz və tən­ha mə­ka­na çev­ri­lib.

Məlumat:

Tərsə yaylağının yüksəkliyindəki Qara daş dağında Qara daş piri eyniadlı bu­lağ­ın üstündə idi. Ürək­lər­in­də müxtəlif ila­hi-duyğu niyyətləri ilə pirin üstünə gələn (Daşkənd, Qırxbulaq, Məzrə, Qayabaşı... kən­d­­lərindən, həmçinin, Gədəbəy və Kəl­bəcər ra­yon­larından) zi­ya­rət­çilər ora­da qurban da kəsərdilər. 

Qərbi Azər­bay­can­ın təbii-coğrafi əraziləri sırasında Göy­çə gölü Şah­dağ silsiləsinin Qərb his­sə­sində yük­sək dağ çökək­li­yində, 1896 metr yüksəklikdə (sahəsi 1243 kv.km, orta dərinliyi 26 m) yaranmaqla, həm də in­zibati-ərazi baxımından zəngin tarixi keç­mişə malikdir. “Göyçə” hidro-topo­ni­mi­nin qədim türk dillə­rindən biri olan ha­put dilində (e.ə. I əsrdə yunan coğ­ra­fi­ya­şünası Stra­bo­nun (e.ə. 63-24-cü illər) “Coğ­­­rafiya” əsərinin 11-ci kitabında Azər­baycan əra­zi­sində qədim türkdilli 26 tay­fadan birinin ha­put­lu­lar olduğunu gös­tərib.

 İzahı ilk növbədə müsəl­man-türk inanclarında bu günü­mü­zə­dək  qalan həm də “Göy haqqı” andının filoloji ru­hun­­dakı ucalığı, yüksək məqamı özündə ifadə etməklə tarixən milli to­po­nim­lə­ri­mi­zin yaranmasında ruhsal-duyğusal dü­şün­­­c­ənin də nəzərə alındığını bil­di­rir. Qə­dim türk­lərdə (“Gök Türklər”də) həm də ucalıq, yüksəklik an­lamını bildirən “göy” sözü əski tarixi antroto­po­nim söz bir­ləşməsi kimi həm də “Göyçə gö­lü” hid­­ro­ni­minin adında da eyni ifadəyə uyğunl­aş­dı­rı­lıb. Ona görə də Göyçə ma­ha­lında təbii-coğrafi ərazi kimi duy­ğu­sal-ruhani dünyagörünüşünün formalaş­ma­­sın­da mistik-dini duyğuların yer al­ma­sı təsadüfi sayıl­mır[i].

Pir və zi­ya­rət­gah­­­­lar xris­­ti­an­lı­ğa qə­­­dər­­­­­ki dini-inanc xə­­­­zi­­nəsini, qə­dim Al­ban və İs­­lam dini mə­də­­niyyətinin mad­­di-mənəvi irs nü­­mu­nə­lə­ri­ni qo­­ru­yub sax­la­­­maq­­­la, eləcə  də di­ni-irfani nü­­ma­yən­­­də­lə­ri­nin zən­­gin əxla­qi-dün­­­yəvi bil­gi­­l­ər­in­­də əks olu­­nub[ii].

 


[i] Yunusoğlu, Q. Qərbi Azərbaycanın ruhsal və duyğusal coğrafi məkanları və yaxud uydurma “Ermənistanın sarkal coğrafiyası”nın saxtakarlığı / Qismət Yunusoğlu // Olaylar. –  2019. –  21-23 dekabr. –  S. 12.

[ii] http://anl.az/down/meqale/ olaylar/2019/dekabr/69241 2.htm

Fotolar:
Videolar: