Qara Pirim ocağı

Tarixi:
XVIII-XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Zəngibasar ma­ha­­­­­lı Zən­gi­ba­­s­ar ra­yo­nu­nun mər­kə­zi Ulu­xanlı qə­­­­sə­­bə­­sin­dən 6 km cənub-qərb­d­ə, Zəngi ça­yı­nın sağ sah­ilin­də­ki Sar­­vanlar (Uli­ya Sar­van­lar) kəndində.

Yerləşmə /
Hazırkı toponim:

Əvvəlki adı Uli­ya Sar­­vanlar ol­a­n­ kənd So­­vet dövr­ün­dəki rəs­­­­mi sə­nəd­lərdə Sar­­van­lar kimi qey­d­ə alı­nıb.  19.04. 1991-ci ildə kənd­in adı də­yiş­di­rilərək Sis ad­lan­dı­­rılıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Qara Pirim oca­ğı 1988-ci il de­por­­tasi­ya­sı son­ra­sı yanın­da­kı qə­­biristanlıq ilə bir­likdə dağı­dı­lıb. Hazır­da xa­ra­ba­lıq­ları möv­cud­dur [i].


[i] http://anl.az/down/meqa le/azerbaycan/2010/iyul/ 128468.htm

Məlumat:

1501-ci ildən bəri mövcud olan Qara Pirim məşhur ocaq hesab olunurdu. Ocağın hə­yə­tində Yulğun ağa­cı­nın budağını sın­dı­r­an­da qan axırmış (Rəvayətə gö­rə Sultan adlı bir kişi bu yulğanın bir budağını sın­dı­rıb gətirir evə, baxır ki, ağacdan qan axır, apa­rır  mol­la yanına.

 Molla deyir ki, apar qoy yerinə, sən böyük ziyan çəkəcəksən. Az sonra kişinin Qəmər adlı qızı təndirə dü­şüb yanır, özü isə müharibəyə gedir, geri qayıt­mır). Daha çox Sarvanlar və Soyuq­bu­laq  camaatının inam və ziyarətgah yeri idi. Topo­nim Kəngərli qədim türk tay­fa­sın­dan olan Sarvanlar etnonimi əsasında əmə­lə gəlib [i], [ii]. Etnotoponimdir. Quruluşca sa­də toponimdir[iii].

Kəndin Sar­van­lar adı 1501-ci il­­­dən möv­cud olub. Statistik m­­ə­­­­­lumatlarda Uli­­ya Sarvanlar adı ilə qey­diy­ya­ta alınan kənd­də an­caq azər­bay­can­­lılar yaşayıb

[i] Шопен, И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи/ Иван Иванович Шопен. –  СПб: Типография императорский Академии Наук, 1852. –  S. 537.

[ii] Ələkbəli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il Soyqırımı / Əziz Ələkbərli. –  Bakı, 2008. –  S. 63.

[iii] https://az.wikipedia.org/wiki/Sarvanlar_(Z%C9%99ngibasar)

Fotolar:
Videolar: