- Tarixi
 - XIX əsr
 - YerləşməƏvvəlki toponim
 Göyçə mahalının Basarkeçər rayonunun Zod (İlk adı III–V əsrlərdən – XIV əsrin sonları (1387–1388), XV əsrin əvvəlinə (1400) qədər Başkalafa, 1813–1814-cü illərdə Vəliağa olub) kəndində
- YerləşməHazırkı toponim
 Basarkeçər rayonu –11.06.1969-cu ildən Vardenis, Zod kəndi 09.04.1991-ci ildənSotk
- Təsnifatı
 Memarlıq
- Mövcud vəziyyəti
 Azərbaycanlı-ların 1987-1991-ci illərdə başverən sonuncu deportasiya-sından sonra onların sakral inanc yerlərindən olan Qara Seyid Həsənin ocağı ziyarətgahı ermənilər tərəfindən dağıdılıb.
- Məlumat
 Bəzi mənbələrə əsasən, “Zod” qədim türk dillərində “sərt, keçilməz uca dağlıq yerdə məskunlaşmış el, oba yurd yeri” deməkdir. Bir digər açıqlamaya əsasən, alban tarixçisi Musa Kalankatlı eramızınиirinci əsrinin ortalarından danışarkən Albaniyada yaşayan tayfalar içərisində ermənicə yazılışda Savdey / Tsavdey, V əsr erməni müəllifi
Moisey Xorenasi Sod tayfasının adını çəkir və onun Alban çarı Ərənin nəslindən olduğunu qeyd edirlər. Bu etnonim/tayfa adı Göyçə mahalındakı Zod toponimində öz əksini tapmışdır.
Ziyarətgahlarda həm İslamdan əvvəl, həm də İslamdan sonraya aid izlərə rast gəlinir. Bu yerlər əsasən ayrı-ayrı müqəddəs şəxslərin adları, daş, ağac, su-bulaq, qəbir və s. ilə əlaqələndirilir.
Həmçinin azərbaycanlıların digər xalqlar ilə ortaq ziyarət etdiyi yerlər mövcuddur. Zod kəndində yerləşən Qara Seyid Həsənin ocağı adlı ziyarətgah bölgənin tanınmış din xadimlərindən Qara Seyid Həsənin adı ilə bağlıdır. Qara Seyid Həsən ziyarətgahı əhali arasında sınaqlı ocaq kimi tanınırdı. Bu sınaqlı ocağa düz niyyətlə gələnlərin hamısı diləklərinə çatacağına inanırdı.
Göyçə hövzəsində o zaman yaşayış üçün yararlı hesab edilən kəndlərin İ.Şopen tərəfindən tərtib olunmuş siyahısında rast gəlinir. Rəsmi məlumatlara görə, Zod həmin vaxt, əhalisinin etnik tərkibi etibarilə sırf türk kəndi idi və burada 425 nəfər yaşayırdı. 1873-cü ildə kənd əhalisinin sayı artaraq 905, 1897-ci ildə 1588 nəfər olmuşdur.
1905–1907-ci illərdəki qırğınlar zamanı kəndin təxminən 100 evi, 300–350-yə yaxın əhalisi, 1914-cü ildə isə 1988 nəfər sakini olmuşdur. 1918–1920-ci illərdəki deportasiya zamanı kəndin 200–230 evi, 800–1000 nəfərə yaxın əhalisi olmuşdur. 1948–1953-cü illərdəki deportasiya zamanı kəndin 125 evi, 500 nəfərə yaxın əhalisi Azərbaycanın Göygöl rayonunda məskunlaşmışdır. Kəndin 400–450 evi, 1600–2000 nəfərə yaxın əhalisi olmuşdur. 1988–1991-ci illərdəki sonuncu deportasiya zamanı kənd əhalisi tamamilə doğma yurdlarından çıxarılaraq, qaçqın düşmüşlər. Kənd əhalisi Bakı, Gəncə, Xanlar (indiki Göygöl), Samux və başqa yerlərdə məskunlaşmışlar. Kənd əhalisi bu günə qədər məskunlaşdıqları ərazilərdə yaşayırlar. Kəndin 650–700 evi, 4700 nəfərə yaxın əhalisi olmuşdur[i].
[i] https://az.wikipedia.org/wiki/Zod
