Əsas şəkil

Qara Seyidin günbəzi

Tarixi
1950-ci il
Yerləşmə
Əvvəlki toponim

Şörəyel ma­ha­lının Ağba­ba nahiyəsi­nin  Amasiya rayonundakı Quzukənd kəndində 

Yerləşmə
Hazırkı toponim

Quzukənd kəndi 08.08.1991-ci ildən-Qar­nariç adlan­dırılıb.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

1989-cu ilin yanvar ayında azərbaycanlı-ların kənddən zorla qovul­ma­sından son­ra qəbiris­tan­lıq və Qara Seyidin gün­bə­zi ermənilər tərəfindən da­ğıdılıb.

Məlumat

Qara Seyidin günbəzi Amasiya ra­yo­nundakı Quzukənd kənd qəbi­ristan­lığın­da yerləşirdi. Günbəzin uzunluğu 3,5, eni 3,5, hündürlüyü isə 2,5 metr civa­rın­da idi. Dörkünc boz daş və ağ suvaq məh­lulu isti­fadə edilərək inşa olunmuş­du. Gün­bəz hissəsi 1,5 metr civarında oval quruluşlu idi. İçərisində ortada Qa­ra Seyidin məzarı yerləşirdi. Qara Seyid kəndin nüfuzlu və hörmət qa­zanmış sınaqlı seyidi idi. Hər kəs ona hörmət edirdi. Kənd əhalisi gün­bəzi zi­ya­rət edər, şam yandırar, dualar edər­di[i]. Erməni mənbələrində kəndin adı “Ku­zikənd”, “Xozikənd”, “Xozulu” for­ma­sın­da qeyd edilir. Kənddə 1886-cı ildə 222, 1897-ci ildə 382, 1908-ci ildə 379, 1914-cü ildə 455 nəfər azərbay­canlı yaşayıb. 

Kənd 1918–1919-cu illərdə Qars­da qu­ru­lan Cənub-Qərbi Qafqaz Cüm­hu­riy­­yətinin tərkibində olmuş­dur. 1920-ci ildə erməni silahlı dəs­tələrinin hü­cumu nəticəsində kənd da­ğıdılıb, əhali soyqı­rı­­mı­na məruz qal­mışdır. 1921-ci ildə bağ­lanan Qars müqaviləsi ilə kənd Ağbaba na­hiyəsinin tərkibində sovet Ermə­nista­nına daxil edilmişdir. Bundan sonra kənd əhalisinin bir qismi geri qayıdıb. Kənddə 1922-ci ildə 439, 1926-cı ildə 463, 1931-ci ildə 497,  1939-cu ildə 577, 1959-cu ildə 546, 1970-ci ildə 856, 1979-cu ildə 996,   1987-ci ildə 984 nə­fər azərbay­can­lı yaşayıb. 1988-ci ilin no­yabr-de­kabr və 1989-cu ilin yanva­rın­da azər­baycanlılar zorla tarixi torpaq­larından qovulublar.

Toponim “quz”–“oğuz” etnoniminin ərəb dilində işlənən for­ma­sıdır. Türk etnonimində türk dilində “yaşayış mən­təqəsi, şəhər” mənasında iş­lənən “kənd” sözünün bir­ləş­məsi əsa­sın­da yaran­mış­dır. 
 


[i] Səmimi Tacir, Azərbaycan Folklor İnstitunun əməkdaşı, tədqiqatçı, alim