Əsas şəkil

Qara Seyidin ocağı ziyarətgahı

Tarixi
XVIII–XIX əsr
Yerləşmə
Əvvəlki toponim

Göyçə ma­­ha­­lının Basar­ke­çər ra­yo­­nu­nun Zod (İlk adı III–V əsrlərdən – XIV əsrin son­ları (1387–1388), XV əsrin əv­vəlinə (1400) qədər Başka­lafa, 18131814-cü il­lər­də Vəli­ağa olub) kən­d­ində

Yerləşmə
Hazırkı toponim

Basarkeçər  rayonu –11.06.1969-cu ildən Var­denis, Zod kəndi 09.04.1991-ci ildən Sotk

Təsnifatı

Memar­lıq

Mövcud vəziyyəti

Azərbaycanlı-ların 1987–1991-ci illərdə başverən sonuncu deportasiya-sından sonra onların sakral inanc yerlərindən olan Qara Seyidin ocağı ziyarətgahı ermənilər tərəfindən dağıdılıb.

Məlumat

Bəzi mənbə­lə­rə əsasən, “Zod” qədim türk dillərin­də “sərt, ke­çil­məz uca dağ­lıq yerdə məskunlaşmış el, oba yurd yeri” demək­dir. Bir digər açıqlamaya əsasən, alban tarixçisi Musa Kalankatlı      era­mızın bi­rinci əsrinin ortalarından danışarkən Al­baniyada ya­şayan tay­fa­lar içəri­sin­də ermənicə yazılışda Savdey / Tsav­dey, V əsr er­mə­ni müəllifi 

Moisey Xore­nasi Sod tay­fasının adı­nı çəkir və onun Alban çarı Ərə­nin nəslin­dən olduğunu qeyd edirlər. Bu etnonim/ tay­fa adı Göy­çə maha­lın­dakı Zod toponimində öz əksini tap­mışdır.

Qara Seyidin ocağı Zod kəndin­də yerləşirdi. Sınaqlı olan bu ziya­rətgah kəndin və eləcə də mahalın tanınmış inanc yeri idi. Ziyarətgah Seyidlər tay­fasının banisi Qara Se­yidin adı ilə bağ­lıdır. Əhalinin sak­ral inanc mənbəyi olan bu dini abi­də ilin hər günü ziyarət edilirdi. Zi­yarət edənlər dərdlərinə da­va olsun deyə dualar edir, nəzir deyər­dilər. 

Göyçə hövzəsində o zaman ya­şayış üçün yararlı hesab edilən kənd­lərin İ.Şopen tərəfindən tərtib olun­muş siya­hı­sında rast gəlinir. Rəsmi məlumatlara görə, Zod həmin vaxt, əhalisinin etnik tərkibi etibarilə sırf türk kəndi idi və burada 425 nəfər yaşayırdı. 1873-cü ildə kənd əhali­si­nin sayı artaraq 905, 1897-ci ildə 1588 nəfər olmuşdur.

1905–1907-ci illərdəki qırğınlar za­manı kəndin təxminən 100 evi, 300–350-yə yaxın əhalisi, 1914-cü il­də isə 1988 nəfər sakini olmuşdur. 1918–1920-ci illərdəki deportasiya zama­nı kəndin 200–230 evi, 800–1000 nə­fərə yaxın əhalisi olmuşdur. 1948–1953-cü illərdəki de­por­ta­siya zama­nı kəndin 125 evi, 500 nəfərə yaxın əhalisi Azərbaycanın Göy­göl rayo­nun­da məskunlaşmışdır. Kən­din 400–450 evi, 1600–2000 nə­fərə ya­xın əhalisi olmuşdur. 1988–1991-ci illərdəki sonuncu deportasiya za­ma­nı kənd əhalisi tamamilə doğma yurd­larından çıxarılaraq, qaçqın düş­­müş­lər. Kənd əhalisi Bakı, Gən­cə, Xan­lar (indiki Göygöl), Samux və baş­qa yerlərdə məskunlaşmışlar. Kənd əhalisi bu günə qədər məs­kun­laş­dıq­ları ərazilərdə yaşayırlar. Kəndin 650–700 evi, 4700 nəfərə yaxın əha­lisi olmuşdur[i].
 


[i] https://az.wikipedia.org/wiki/Zod