- Tarixi
- XVII-XVIII yüzil
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyası Eçmiədzin qəzası, indiki Abaran rayonu Qarabulaq kəndində.
- YerləşməHazırkı toponim
Qarabulaq kəndinin adı 15.07.1946-cı ildə dəyişdirilərək Yerincatap adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Qarabulaq karvansarası ermənilər tərəfindən dağıdılıb.
- Məlumat
Qarabulaq kəndinin ortasında yaşı 300 ildən artıq olan qədim karvansaranın hücrələri və ibadət otaqları var idi. Karvansarada karvanların dayanacaq yeri, mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axurlar, ticarət mallarının saxlanması üçün anbar, müxtəlif əşya satan dükan, yeməkxana vardı. Erməni, rus mənbələrində kəndin başqa bir adının Qazarabad olduğu qeyd edilir. Kəndin adı kənddəki bulağın adından götürülmüşdür. “Keyfiyyətsiz, içməyə yararlı olmayan” mənasını bildirən qara və bulaq sözlərindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir [i], [ii], [iii].
1918-1920-ci illərdə hay kilsəsi və daşnakları tərəfindən dağıdılıb, yandırılıb və qarət edilib
[i] Ələkbərli, Ə. Qədim Türk-Oğuz yurdu – “Ermənistan” / Əziz Ələkbərli. – Вakı, 1994. – S. 162-166.
[ii] Сборник сведений о Кавказе. – т.V, Тифлис, 1879, N 1160.
[iii] https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycandak%C4%B1_karvansar alar%C4%B1n_siyah%C4%B1s%C4%B1
