Əsas şəkil

Qarabulaq ziyarətgahı

Tarixi
XVIII-XIX yüzil
Yerləşmə
Əvvəlki toponim

 Göyçə maha­lının Basarke­çər rayonun­da­Qoşabu­laq kən­din­də

Yerləşmə
Hazırkı toponim

Basarkeçər ra­yonu–Varde­nis–Qoşabulaq kəndi, 19.04.1991-ci ildən Şadcrek

Təsnifatı

Memar­lıq

Mövcud vəziyyəti

1988-ci ildə azər­­baycanlı­ların kütləvi de­­portasiyasın­dan sonra azər­bay­can­lılara piri zi­yarət et­mək im­kanı ve­rilməyib.

Məlumat

Yaylağın qurtaracağında güclü bulaqlar var idi. Bulaqların suları birləşərək Da­şağan çayını təşkil edirdi. Kiçik bu­laqların isə xalq tərəfindən qoyulmuş qədim adları vardır: Sarı bulaq, Lilparlı bulaq, Qaradaş dağında obadan 300–400 m yüksəklikdə dağın yamacında yerləşən Qarabulaq, yaylaqda isə Ca­mış uçan, Çataq və başqa yerlər vardır. Bu bulaq­lardan Qarabulaq kənd əhalisi arasında müqəddəs yer kimi tanınırdı.  “Qarabu­laq" deyilən ziyarətgaha ço­ban­­lar və kənd əhalisi ziyarətə gələr, bulağın su­yundan içib, Suyun içindən dəmir pul, kəhrəba muncuq, düymə götürərdilər. Qoşabulaq kəndinin himi XIX əsrin ortalarında (1830-1840)  Qazax mahalı­nın Sofular kən­din­­dən rusların bas­qınlarından qaçan varlı kənd sakini Hacı İman tərəfindən qoyulmuşdur. Hacı İmanla birlikdə gələn bir neçə tayfa ağsaqqalları yaşa­maq üçün münbit torpaqları və əlverişli suyu olduğunu görərək, həmin yeri öz­ləri üçün daimi yaşayış məskəni seç­mişlər[i]. Kənddə 1831-ci ildə 117 nəfər, 1873-cü ildə 316 nəfər, 1886-cı ildə 419 nəfər, 1897-ci ildə 456 nəfər, 1914-cü ildə 672 nəfər yalnız azər­baycanlı yaşayıb. 1918-1920-ci illərdə kənd daşnaklar tərəfindən dağıdıl­mış­dır. 1921-ci ildə kəndin əhalisi yenidən kəndə qayıt­mışlar.1922-ci ildə 387 nəfər, 1926-cı ildə 291 nəfər, 1931-ci ildə 383 nəfər, 1988-ci ildə 1800 nəfər olan kənd əhalisi ermənilər tərəfindən deportasiya olun­muşdur[ii].

Kəndin adının mə­nası isə bu­ra­­nın mərkə­zin­­dəki 2 bula­ğın adı ilə bağ­lıdır. Tayfa ağ­saq­qalları, kən­din adını həmin bu­laq­lara görə Qo­şabulaq adlan­dır­mışlar.


 


[i] Azərbaycan Respublikası Xatirə Kitabı, XII cild, "Respublika Xatirə Kitabı" redaksiyası, Bakı, 2012. səh. 598–600. (Toplayıb tərtib edəni: Araz Yaquboğlu)

[ii] Ziyəddin Məhərrəmov "Unudulmaz sazlı–sözlü yurdumuz". Bakı, "Çaşıoğlu", 2001. 430 səh. şəkilli.