Qaraçanta kənd məscidi
Ağbaba mahalının Amasiya rayonunda, rayon mərkəzindən 4 km cənub-qərbdəki Qaraçanta (Əzizbəyov) kəndində
Qaraçanta kəndinin ilk adı Qaraçalma olub, sonra Qaraçəntey, Qaraçanta, 4.05. 1939-cu ildə Əzizbəyov, 19.04.1991-ci ildə isə Areqnadem adı ilə dəyişdirilib
Memarlıq
1918-ci ildə daşnaklar tərəfindən yandırılıb, sonra kənd əhalisi tərəfindən təmir edilib. 1988-ci il deportasiyasından sonra dağıdılıb.
Məscid 1909-cu ildə Haqverdi və Elləzin maddi köməkliyi ilə tikilib. Kənddə Kərbəlayı Qəhrəmanın evinin qabağındakı daşlı yer qədim qəbiristanlıq idi. Ora Duz dağı da deyilirdi. Qəbiristanlıqda qədim dövrlərə aid daş at və qoç heykəlləri mövcud idi. Bu da kəndin qədim türk-oğuz yurdu olduğunu göstərir[i].
Toponim Qaraçanta nəsil adı əsasında yaranıb. Patronim, quruluşca sadə toponimdir. Kənddə 1886-cı ildə 348 nəfər, 1897-ci ildə 440 nəfər, 1908-ci ildə 665 nəfər, 1914-cü ildə 729 nəfər, 1922-ci ildə 547 nəfər, 1926-cı ildə 670 nəfər, 1931-ci ildə 688 nəfər 1939-cu ildə 774 nəfər, 1959-cu ildə 803 nəfər, 1970-ci ildə 1442 nəfər, 1980-ci ildə 1490 nəfər, 1987-ci ildə 1600 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1988-ci ildə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə köçürülməsinə başlanan vaxt kənd əhalisi kəndi tərk etmişdir. 1988-ci ilin sonuna olan bəzi məlumatlara görə kəndin əhalisi 1750 nəfər olmuşdur [ii], [iii]. Qaraçanta kəndində ancaq azərbaycanlılar yaşayıb. 1988-ci ildə Qaraçanta kəndi 311 ailə təsərrüfatda 1700 nəfərdən ibarət idi.
[i] Ələkbərli, Ə. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı / Əziz Ələkbərli. – Bakı, 1988. – S. 176.
[ii] Qorqodyan, Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi / Z.Qorqodyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 20-21, 104-105.
[iii] Баjрамов, А. Гəдим Огуз eллəринин – Aғбабa, Шөрəjeл вə Пəмбəк бөлҝəларинин jер-jурд адлары (топонимлəри) / Аслан Баjрамов; eлми ред. Тофиг Əhмəдoв. – Сумгаjыт: “Göytürk” мəтбəəси, 1996. – S. 164.