- Tarixi
 - E.ə. III–II minilliklər
 - YerləşməƏvvəlki toponim
 Şörəyel mahalının Amasiya rayonundakı Qaraçanta (Qaraçəntey) kəndində
- YerləşməHazırkı toponim
 Şörəyel mahalının Qaraçanta kəndi 04.05.1939-cu ildən Əzizbəyov, 19.04.1991-ci ildən Areqnadem adlandırılıb.
- Təsnifatı
 Arxeoloji abidə
- Mövcud vəziyyəti
 Qaraçanta ərazisində arxeoloji qazıntı nəticəsində çıxarılan müxtəlif əşyalar ermənilər tərəfindən mənimsənilib, İrəvandakı müzeydə “ermənilərə aid qədim eksponatlar” kimi nümayiş etdirilir.
- Məlumat
 Qaraçanta ərazisində məskunlaşma eramızdan əvvəl III–II minilliklərə təsadüf edir. Sovet dövründə aparılan arxeoloji qazıntılar daha əlverişli coğrafi mövqeyə və iqlim şəraitinə malik olan ərazidə məskunlaşmanın tarixinin qədimliyini sübut edən faktlardan biridir. 1970–1980-ci illərdə Qaraçanta kəndi ərazisindəki Göybulaq adlanan yerdə aparılan arxeoloji qazıntılar zamanı boş küplər, çömləklər, cürdəklər, saxsılar məişət əşyaları, kiçik qarmaqlar və müxtəlif əşyalar çıxarılıb. Çıxarılan qablar müxtəlif formalı, quruluşlu, rəngli və naxışlı olub. Əşyalar ərazidə dulusçuluq sənətinin və mədəniyyətin inkişaf səviyyəsini göstərir[i].
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[ii]. Xalqın “Hulley” adlandırdığı dağın ətəyində yerləşən kəndin 1,5 km cənubundan Arpaçay (Qərbi Arpaçay) keçir.
Kənddən Ələyəz dağını görmək mümkündür. Qarsla sərhəddə yerləşən Qaraçantanın qışı olduqca soyuq, yayı mülayimdir. “Duzdağ", “Qapılızağa”, “Ömərdərəsi”, “Arpaçayı”, “Hülleydağ”, “Ortatəpə”, “Üçgözəllər”, “Məmmədağa”, “Daşdərə”, “Göybulaq” dağ, dərə, bulaq adlarıdır.
1988-ci ildə Qaraçantada 600 ev, 314 ailə, 1750 nəfərdən ibarət olan kəndin məktəbinin tipi orta, şagirdlərin sayı 500 olub. Dini-ruhani dərslərin keçirildiyi kənddə dünyəvi dərslərin əsası 1927-ci ildə qoyulub. 1938-ci ildə 7 illik məktəb açılıb, 1962-ci ildən isə orta məktəbə çevrilib.
1886-cı ildə 348, 1897-ci ildə 440, 1908-ci ildə 665, 1914-cü ildə 729 nəfər azərbaycanlı yaşamışdır 1922-ci ildə kənddə 547, 1926-cı ildə 670, 1931-ci ildə 688[iii], 1939-cu ildə 774, 1959-cu ildə 803, 1970-ci ildə 1442, 1980-ci ildə 1490[iv], 1987-ci ildə 1600 nəfər[v] yalnız azərbaycanlılar yaşamışdır.
1988-ci ildə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası zamanı əhali kəndi tərk etmişdir. 1988-ci ilin sonuna olan bəzi məlumatlara görə, kəndin əhalisi 1750 nəfər olmuşdur.
Göybulaq yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı çıxarılan əşyaların sonradan türk mənşəli tayfaların və azərbaycanlıların da məişətində istifadə edilən əşyalarla eynilik təşkil etməsi buranın qədim sakinlərinin azərbaycanlı-ların ulu babalarının olduğuna dair sübutdur. Əşyalar yurd yerinin qədim oğuz yurdu olduğunu təsdiqləyir.
[i] Səmimi Tacir, AMEA folklor İnstitunun əməkdaşı
[ii] Пагиревь Д. Д. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.121
[iii] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.20–21, 104–105
[iv] Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.45
[v] Гəдим Огуз eллəpинин — Aғбабa, Шөpəjeл вə Пəмбək бөлҝəларинин jep-jyрд адлары (топонимлəpи). Мүəллифи: Аслан Бajpамов; Елми редактору: Тофиг Əhмəдoв. Сумгajыт: “Göytürk” мəтбəəcи, 1996. s.164
