- Tarixi
- XX əsr
- YerləşməƏvvəlki toponim
Şörəyel mahalının Amasiya rayonunun Qaraçanta kəndində
- YerləşməHazırkı toponim
Qaraçanta kəndi 04.05.1939-cu ildən Əzizbəyov, 19.04.1991-ci ildən isə Areqnadem adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1987–1991-ci illərdə həyata keçirilən azərbaycanlı əhalinin zorla köçürülməsindən sonra yerləşdiyi qədim qəbiristanlıq ərazisindəki türbənin günbəz və yarıdan çox hissəsi ermənilər tərəfindən dağıdılıb. Türbənin hazırkı dövrdə 1 metr civarında kvadrat formada xarabalığı qalıb (türbənin müasir dövrə aid fotosu)[i].
[i] https://www.facebook.com/photo/?fbid=8263434613670799&set=a.1330026073678389
- Məlumat
Qaraçanta kəndindəki türbə kənd qəbiristanlığında yerləşirdi. Kəndin kənarındakı hündür təpədə yerləşən türbənin eni və uzunluğu 3 metr, hündürlüyü isə 2,5–3 metr, türbə damının hündürlüyü isə 1,5–1,6 metr civarında olub. Türbə kvadrat formasında inşa olunun müsəlman abidəsidir. Türbənin tikintisində qara çay daşı və qırmızı tuf daşlardan istifadə edilib. Türbənin aşağı, orta, yuxarı və günbəzə qədər olan hissəsində hər 40 santımetrdən bir qara çay daşından kəmər hörülüb. Bu xüsusiyyət memarlıq baxımından türbəni bölgədəki digər müsəlman türbələrindən fərqləndirir. Qaraçanta kəndi xalqın “Hulley” adlandırdığı dağın ətəyində yerləşir.
1988-ci ildə Qaraçantada 600 ev, 314 ailə, 1750 nəfərdən ibarət olan kəndin məktəbinin tipi orta, şagirdlərin sayı 500 olub. Dini-ruhani dərslərin keçirildiyi kənddə dünyəvi dərslərin əsası 1927-ci ildə qoyulub. 1938-ci ildə 7 illik məktəb açılıb, 1962-ci ildən isə orta məktəbə çevrilib.
1886-cı ildə 348, 1897-ci ildə 440,1908-ci ildə 665,1914-cü ildə 729 nəfər azərbaycanlı yaşamışdır.1922-ci ildə kənddə 547, 1926-cı ildə 670,1931-ci ildə 688[i],1939-cu ildə 774, 1959-cu ildə 803, 1970-ci ildə 1442, 1980-ci ildə 1490[ii], 1987-ci ildə 1600 nəfər[iii] yalnız azərbaycanlılar yaşamışdır. 1988-ci ildə azərbaycanlıların indiki Ermənistandan kütləvi deportasiyası zamanı əhali kəndi tərk etmişdir. 1988-ci ilin sonuna olan bəzi məlumatlara görə, kəndin əhalisi 1750 nəfər olmuşdur.
Erməni idarəçiləri azərbaycanlı əhaliyə məscid tikməyə icazə vermədikləri üçün hörmət və etibar sahibi şəxslərə türbə tikilir və bu türbələr mərhumun yaxınları, tayfa nümayəndələri və hörmətini qazandığı insanlar tərəfindən ziyarət edilirdi.
[i] Korkotyan Zaven. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.20–21, 104–105
[ii] Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.45
[iii] Гəдим Огуз eллəpинин — Aғбабa, Шөpəjeл вə Пəмбək бөлҝəларинин jep-jyрд адлары (топонимлəpи). Мүəллифи: Аслан Бajpамов; Елми редактору: Тофиг Əhмəдoв. Сумгajыт: “Göytürk” мəтбəəcи, 1996. s.164
