Əsas şəkil

Qaraçanta məscidi

Tarixi
1911-ci il
Yerləşmə
Əvvəlki toponim

Amasiya rayo­nunun Qara­çan­ta kəndində 

Yerləşmə
Hazırkı toponim

Qaraçanta kən­dinin adı 04.05.1939-cu ildə  dəyiş­diri­lib Əzizbə­yov, 19.04.1991-ci ildə isə ye­nidən adı də­yişdirilərək   Areqnadem   qo­yulub.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Qaraçanta məs­cidi 1988-ci il­də azərbay­can­lıla­rın tarixi yurdlarından küt­­ləvi depor­tasiyasından sonra er­mə­nilər tərə­fin­dən sö­külüb dağı­dı­lıb. Məscidin hal–hazırkı dövrdə xarabalıqları qalıb.

Məlumat

Qaraçanta məscidi Amasiya rayonunun Qaraçanta kəndində yerləşir. Bu məs­cid XX əsrin əvvəllərində, yəni, 1911-ci ildə tikilməyə başlayıb. Tikinti işləri üç ilə tamamlanıb. 1930-cu ilə qədər məs­cid kimi fəaliyyət göstərib. 1930-1965-ci illərdə taxıl anbarı kimi isti­fadə olunub.

Tikili 1988-ci ilə qədər qalırdı. Artıq ermənilər onu söküblər. Məscidin an­caq xarabalıqları qalıb[i].

Toponim “qaraçanta” nəsil adı əsasın­da yaranmışdır. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1886-cı ildə 348 nəfər, 1897-ci ildə 440 nəfər, 1908-ci ildə 665 nəfər, 1914-cü ildə 729 nəfər azərbaycanlı yaşamışdır. 1922-ci ildə kənddə 547 nəfər, 1926-cı ildə 670 nəfər, 1931-ci ildə 688 nəfər[ii], 1939-cu ildə 774 nə­fər, 1959-cu ildə 803 nəfər, 1970-ci ildə 1442 nəfər, 1980-ci ildə 1490 nə­fər[iii], 1987-ci ildə 1600 nəfər[iv] yalnız azərbaycanlı ya­şamışdır. 1988-ci ildə azərbaycanlı­la­rın Er­mənis­tan­dan küt­ləvi şəkildə köçü­rül­məsinə başlanan vaxt kənd əhalisi kəndi tərk etmişdir. 1988-ci ilin sonuna olan bəzi məlumat­lara görə kəndin əhalisi 1750 nəfər olmuşdur.

Məscidlər tək­cə iba­­dət, dini mə­­ra­sim­lər ke­ç­i­r­mək üçün in­ş­­a e­dilmirdi. Məs­cid çox­­fun­k­­­si­ya­lı el­lik bina he­sa­b edi­lir, ora­da ke­çirilən təd­­bi­r­lər həm də mü­­səl­­manlar a­r­a­­­sın­da ün­­siy­yəti, bir­­liyi güc­lən­­dirirdi. Qara­çanta məscidi də bu qəbildən olan məscidlər­dən idi.
 


[i] Tacir Səmimi. “Qaraçantada bir məscid vardı”. Bakı, “Elm və təhsil”, 2011. səh.59–68

[ii] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.20–21, 104–105

[iii] Hakopyan T. X., Məlik Baxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.45

[iv] Гəдим Огуз eллəpинин — Aғбабa, Шөpəjeл вə Пəмбək бөлҝəларинин jep–jyрд адлары (топонимлəpи). Мүəллифи: Аслан Бajpамов; Елми редактору: Тофиг  

    Əhмəдoв. Сумгajыт: "Göytürk" мəтбəəcи, 1996. s.164