- Tarixi
- XIX-XX yüzil
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Basakeçər rayonundakı Babacan (15.07.1946-cı ildən Qızılkənd) kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu 11.06.1969-cu ildən–Vardenis, Babacan kəndi, 19.04.1991-ci ildən–Tsаrаtаğ
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1988-ci ildə azərbaycanlıların tarixi torpaqlardan deportasiyasından sonra, ocaq ermənilər tərəfindən mənimsənilib və azərbaycanlılara bir daha Ermənistan hakimiyyəti tərəfindən müqəddəs ocağı ziyarət etmək imkanı verilməyib.
- Məlumat
Qaradaş ziyarətgahı Cil kəndi ilə Babacan kəndlərinin sərhəddində yerləşərdi. Təpəlik ərazidə yerləşən böyük qara daşdan ibarət Qaradaş ziyarətgahı insanların sakral inancını təmsil edən dini abidədir. Ziyarətgaha mahalın hər iki rayonlarının (Çəmbərək və Basarkeçər) kənd əhalisi niyyət edər, nəzir verər, qurban kəsərdilər[i]. 1905-1907-ci ildə baş verən erməni soyqırımı zamanı kəndi tərk edən əhalinin sağ qalanı 1907-ci ilin yazında doğma kəndlərinə qayıtmışdır. Kəndin təxminən 30–40 evi, 100–120 nəfərə yaxın əhalisi olmuşdur. 1918-1920-ci illərdəki II qaçqınlıq zamanı kənd əhalisi Samux, Şəmkir və başqa yerlərdə məskunlaşmışdır. Kənd əhalisi 1921-ci ilin yazında doğma kəndinə qayıtmış, az bir hissəsi həmin yerlərdə qalmışdır. Kəndin təxminən 70–80 evi, 260–280 nəfərə yaxın əhalisi olmuşdur. 1948-1953-cü illərdəki III qaçqınlıq zamanı kənd əhalisi erməni daşnaqlarının apardıqları Antitürk siyasətinin qarşısını dəf edərək heç bir yana çıxmamışdır. Kəndin 90–100 evi, 300–350 nəfərə yaxın əhalisi olmuşdur. Kənddə 1988-ci ilə qədər 200-yə yaxın azərbaycanlı ailəsi yaşayıb.
Tаm аdı Bаbаcаn dərəsi. 1728-ci ilə аid mənbədə Qırхbulаq nаhiyəsində kənd аdı kimi qеyd оlunub. Kənd Bаbаcаn dərəsində yаrаnmışdır. Dərə mülkədаr Bаbаcаnа аid оlmuşdur. Babacan kəndi XVII əsrin əvvəlində (1715) yaradılmışdır. O vaxta qədər kənd ərazisində alban və türk, oğuz tayfaları yaşayıb.
