Əsas şəkil

Qaragüney piri

Tarixi
XIX–XX əsrlər
Yerləşmə
Əvvəlki toponim

Şörəyel ma­ha­­lının Ağ­ba­ba nahiyə­si­nin, sonra­dan Amasiya rayonunun Gül­lücə kən­dində

Yerləşmə
Hazırkı toponim

Güllücə kən­di  19.04.1991-cü ildən  Tsağkut  

Təsnifatı

Memar­lıq

Mövcud vəziyyəti

Qaragüney piri  1987–1991-ci illərdə baş ve­rən azər­­bay­­can­­­­­­­­lıla­rın de­­por­­­­ta­siyasın­dan son­­ra sa­hibsiz qa­­­lıb. 

Məlumat

Qaragüney pi­ri, Qərbi Azər­bay­can ərazi­sin­də­ki digər iba­­dət ocaq­­ları kimi Azərbay­can xal­­­qına məx­­­­sus dini-ir­fa­ni, sak­ral-ta­ri­xi abi­­­­də­lər ki­mi maddi-mədəni irs­in də­­yər­li ele­­ment­­l­ərin­dən he­sab olu­nur. Toponim “gül” sözünə sifət düzəldən “-lü” və sifə­tin çoxaltma dərəcəsinin əlamətini bil­dirən “-cə” şə­kilçisinin artırılması əsa­sında əmə­lə gəlmişdir. Fitotoponim-dir. Quruluş­ca düzəltmə toponimdir.

Qaragüney piri Güllücə kəndi ya­­xın­lığında Qaragüney təpəsinin ətə­yində, Güllücə kəndinin üstündə yerləşir. Pir qara çay daşından yo­nul­muş, hündür­lü­yü iki metrdən ar­tıq olan uzun daşdan (başdaşı) iba­rət­dir. Onun ətrafına bala­ca hasar çəkilmişdir. Yaşlıların dedik­lərinə görə, bu pirin tarixi çox qədim­dir. Bəzi ağsaqqalların dediklərinə gö­rə, bu “Qaragüney” adlı bir tanınmış şəx­­sin qəbridir.

Qaragüney pirini Güllücə kən­dinin sakinləri ziyarət edir, üstündə qurban­lar kəsirdilər[i].

Güllücə kəndinin köklü sakin­ləri azər­baycanlılar olub. Kənddə 1886-cı ildə 193, 1897-ci ildə 288, 1908-ci ildə 324, 1914-cü ildə 378 nəfər yalnız azər­baycanlılar yaşamış­dır. 1916–1918-ci illərdə azərbay­can­­lılar er­məni təcavü­zü­nə məruz qalaraq  de­por­ta­siya olun­muş və Tür­kiyəyə pənah apar­mışlar. İndiki Er­mə­nis­tanda sovet hö­ku­məti qu­rulandan son­ra onlar doğma yurd­la­rına qayıda bil­mişlər. Burada 1922-ci ildə 517, 1926-cı ildə 553, 1931-ci ildə 576[ii], 1939-cu ildə 624, 1959-cu ildə 594, 1979-cu ildə 985 nə­fər[iii] azər­bay­canlı yaşayıb. 1989-cu ilin yanva­rın­da kən­din sa­kin­­ləri ta­rixi-etnik tor­paq­larından de­porta­si­ya olun­muşlar. İndi kənddə ermə­ni­lər yaşa­yır.
 


[i] Səmimi Tacir. Ağbaba ziyarətgahları (ocaqlar, pirlər). Bakı, 2008, səh.22

[ii] Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.18-19, 104-105

[iii] Hakopyan T.X., Məlik-Baxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986, s.978