Qarahisar karvansarası
Göyçə mahalından İrəvana gedən yolun kənarında.
1936-cı ildən etibarən Yerevan.
Memarlıq
Qarahisar karvansarası Azərbaycan elementləri daşıdığı üçün ermənilər tərəfindən təmir edilməyib. Uçub dağılan karvansaranın 1988-ci il deportasiyasına qədər yerləşdiyi ərazidə qalıqları dururdu [i].
[i] https://www.facebook.com/IrevandaTurkler/posts/3823642144378554
Yüksək təpəlik ərazidə yerləşən Qarahisar karvansarası gediş-gəlişin çox olduğu yol üzərində inşa edilmişdi. Qarahisar karvansarası tacirlərin, səyyahların və digər yolçuların gecələmək yeri idi [i]. Karvansara və ətrafı azərbaycanlıların qədim dövrlərdən yaşadığı tarixi yurd yeri olub. Ümumilikdə, Göyçə mahalı tarixin bütün dövrlərində ancaq azərbaycanlılara məxsus yurd yeridir[ii].
Azərbaycanlılara məxsus Qarahisar karvansarası yol kənarında yerləşirdi. Karvansara daha çox, səyahət edən, ti-carət üçün yoldan keçən tacirlərə xidmət edirdi. Karvansara tacirlərin mallarını qoymaq üçün anbarlaravə heyvanlarını saxlamaq üçün tövlələrə malik idi.
[i] Qarayev, E. İrəvan xanlığı (1747-1828) / Elçin Qarayev; elmi red. Y.Mahmudov; AMEA. A.A. Bakıxanov ad. Tarix İn-tu . – Bakı, 2010 . – S. 74.
[ii] Elçin Qaliboğlu // Xalq Cəbhəsi. – 2019. – 30 mart. – S. 13.