Əsas şəkil

Qaraiman kəndində alban məbədi

Tarixi
III-V yüzil
Yerləşmə
Əvvəlki toponim

İrəvan quber­ni­yası Yeni Bə­yazid qəzasının Basarkeçər  ra­yonuna aid Qaraiman kəndində

Yerləşmə
Hazırkı toponim

Basarkeçər rayonu– Var­de­nis, Qaraiman kəndi, 25.01.1975-ci ildə Sovetkənd, 9.04.1991-ci il də yenidən də­yiş­dirilib, Kaxakn qoyulub.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Ermənilər tərə­f­i­n­­­dən alban məbədinə er­m­əni di­­lində ya­zılan yazılar və lö­v­hələr əla­və ed­i­lərək qə­dim er­­məni abi­də­si k­i­­mi təq­d­i­m­ edi­­lir. Hal-ha­zırkı dövrdə uçuq, xa­raba və­ziyyət­dədir.[i]
 


[i] https://az.wikipedia.org/wiki/Qaraiman#/media/Fayl:Kakhakn.jpg

Məlumat

Qaraiman kəndinin himi Qazax maha­lın­dan Göyçə mahalına gələn dörd qar­daş­lardan biri olan Qara İman tərə­findən salınmışdır. Kəndin ikinci dəfə himini salan Qara İman, Qazax maha­lının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına gələrkən, yerin yaşamaq üçün münbit torpağa, bol suya, dövlətini saxlamaq üçün hər cür şəraitə malik olduğunu görərək özü ilə birlikdə gələn qohum­larına daimi yaşayış yeri seç­mişdir. Kəndin ikinci adı Qaraiman sö­zünün mənası oradan yaranmışdır. Kəndin ilk himini salan Oğruca Qazax maha­lından Göyçə mahalına gələrkən yerin münbit torpağa, yaşamaq üçün bol suya malik olduğunu görüb, həmin yeri özü ilə birlikdə gələn qohumlarına daimi yaşayış yeri seçmişdir. Kəndin ərazisi iki böyük dərələr arasında Dardərə və qədim albanların tarixindən bəhs edən, məbədinin qalıqları yerləşən Kilsəli dərə arasında yerləşir. Ərazi­dəki tarixi (XII əsrdə albanların yaşa­ma­sından bəhs edilir) alban məbədini özlərinə qorunmaq üçün yaşayış yeri seçmişdir. Kəndin ilk adı Oğruca sö­zünün mənası oradan yaranmışdır. Kənddə 1831-ci ildə 207 nəfər, 1873-cü ildə 418 nəfər, 1886-cı ildə 569 nəfər, 1897-ci ildə 775 nəfər, 1908-ci ildə 1033 nəfər, 1914-cü ildə 1079 nəfər, 1916-cı ildə 650 nəfər yalnız azərbaycanlı yaşamışdır.[i]

Kəndin sakinləri 1919-cu ilin aprel ayı­nın 13-20-də azərbaycanlılar qırğın­larla ermənilər tərəfindən öz doğma kəndlərindən qovulmuşlar.[ii] İndiki Er­­mənistanda sovet hakimiyyəti qurul­duq­dan sonra azərbaycanlılardan sağ qalanları yenidən Qaraiman kəndinə qayıda bilmişlər. Burada 1922-ci ildə 478 nəfər, 1926-cı ildə 527 nəfər, 1931-ci ildə 652 nəfər[iii], 1987-ci ildə 2000 nəfər[iv] azərbaycanlı yaşamışdır. 1988-ci il deportasiyasına qədər kənd­də ancaq azərbaycanlılar yaşamışlar. 

Kəndin ilk hi­mini salan Oğ­ruca Qazax ma­halından Göy­­çə ma­ha­lı­na gələr­kən ye­rin mün­bit tor­pağa, ya­şa­maq üçün bol suya malik ol­du­ğu­nu görüb, hə­min yeri özü ilə birlikdə gə­lən qohumları­na daimi yaşa­yış yeri seçmiş­dir. O, kəndin hi­mini salar­kən, ərazidəki tarixi XII əsrdə alban­ların ya­şa­ma­sın­­­dan bəhs edən al­ban kil­sə­­sini öz­lərinə qorun­maq üçün yaşa­yış yeri seç­mişdir. Kən­din ilk adı Oğruca sözünün məna­sı oradan ya­ran­­mışdır.
 


[i] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.26–27, 112–113

[ii] История Азербайджана по документам и публикациям, Баку, “Элм”, 1990. s.3

[iii] Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: “Melkonyan fond” nəşriyyatı, 1932. s.26, 27, 112–113

[iv] Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. ISBN 5–8020–0852–0 s.282–283