Əsas şəkil

Qaraiman kəndində türbə–I

Tarixi
XX yüzil
Yerləşmə
Əvvəlki toponim

İrəvan quber­ni­yası Yeni Bə­ya­zet qəzasının Basarkeçər rayonuna aid Qaraiman kəndində

Yerləşmə
Hazırkı toponim

Basarkeçər ra­yo­nu–Varde­nis, Qaraiman kən­di, 25.01.1975-ci ildə Sovetkənd, 9.04.1991-ci il də yenidən də­yiş­dirilib, Ka­xakn qoyulub.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Qaraiman kən­dindəki müsəl­man tür­b­ə­­sinin arxa dam his­sə­si qismən da­ğı­lıb. Ha­zır­kı dövr­­də ya­rıxa­ra­balıq və­ziy­yət­­dədir. 

Məlumat

Müsəlman Türbəsi Qaraiman kəndi əra­zisindəki qədim qəbiristanlıqdakı   yük­səklikdə yer­ləşir. Özünəməxsus me­mar­lıq üslubunda inşa edilən müsəlman türbəsi XX yüzilə aiddir. Tür­bə dəyirmi formada xüsusi kə­silmiş böyük daşlarla tikilib.[i] Türbənin diametri 7,5–8 m, hündürlüyü 2,5–3 m civarında, türbə damının hündürlüyü isə 2–2,5 m civa­rındadır. Türbənin Qaragözlülər tayfa­sının tanınmış din xadimləri üçün tayfa nümayəndələri tərəfindən inşa edildiyi ehtimal olunur. Türbə bölgənin məşhur Subatan daşından tikilib. Türbənin ətrafı qaya daşları və ermənilər tə­rəf­indən uçurulub dağıdılmış qədim  qəbir daş­ları ilə əhatə olunub.

Kəndin ilk adı XIII əsrin əv­və­­linə (1410) kimi Oğruca, ikinci adı XIV əsrin axırları (1387-1388), XV əsrin əvvə­lin­dən (1410) 1975-ci ilin yan­varın 25-nə kimi Qa­raiman[i],

 üçün­­­cü adı 1975-ci ilin yan­­varın 25-dən 1988-ci ilin dekabrına qə­dər Sovet­kənd olmuş­dur.[ii]Ərazidə 1988-ci il de­por­tasiyasına qədər ancaq azər­baycanlılar yaşayıb.
 


[i] Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. ISBN 5–8020–0852–0 s.282–283

[ii]https://az.wikipedia.org/wiki/Qaraiman 


 


[i] https://www.facebook.com/photo/?fbid=154748234601315&set=a.102498776492928