- Tarixi
- XX yüzil
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyası Yeni Bəyazid qəzasının Basarkeçər rayonuna aid Qaraiman kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu– Vardenis, Qaraiman kəndi, 25.01.1975-ci ildə Sovetkənd, 9.04.1991-ci il də yenidən dəyişdirilib Kaxakn
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Türbənin damındakı günbəz hissəsi dağılmayıb, yararlı vəziyyətdədir. Qapısının olduğu qabaq tərəf sökülüb, digər üç divar qismən sağlam vəziyyətdədir[i],[ii] Mənbə: 30.07.2011-ci ildə çəkilən fotoşəkilə istinad)
- Məlumat
Qaraiman kənd qəbiristanlığındakı müsəlman türbəsi dördkünc formada qırmızı tuf daşla tikilib. Türbənin eni 2,5–3 metr, uzunluğu 3–3,5 metr, hündürlüyü isə üstündəki günbəz hissə ilə birlikdə 5,5–6 metr civarındadır. Ön qapının olduğu hissə sökülüb, dağıdılıb[i]. Sökülən daşlar türbənin ətrafına atılıb. Yanında sinə daşı mərmərdən, baş daşı isə qəbir daşından olan azərbaycanlı məzarı var.[ii]
Qaraiman kəndində XII əsrdə albanların yaşamasından bəhs edən alban məbədini özlərini qorunmaq üçün yaşayış yeri seçmişdir. Kəndin ilk adı Oğruca sözünün mənası oradan yaranmışdır.
Kəndin ikinci dəfə himini salan Qara İman, Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına gələrkən yerin yaşamaq üçün münbit torpağa, bol suya, dövlətini saxlamaq üçün hər cür şəraitə malik olduğunu görərək, özü ilə birlikdə gələn qohumlarına daimi yaşayış yeri seçmişdir. Kəndin ikinci adı Qaraiman sözünün mənası buradan yaranmışdır. Kənddəki qədim müsəlman qəbiristanlığı və türbə burada azərbaycanlıların yaşadağını göstərir.
