- Tarixi
- III-V yüzil
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyası Yeni Bəyazid qəzasının Basarkeçər rayonuna aid Qaraiman kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu– Vardenis, Qaraiman kəndi, 25.01.1975-ci ildə Sovetkənd, 9.04.1991-ci il də yenidən dəyişdirilib, Kaxakn qoyulub.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1988-ci il deportasiyasından sonra Qaraiman qəbiristanlığındakı azərbaycanlılara aid qəbirlər və qəbirüstü abidələr dağıdılıb. Yarıdağınıq vəziyyətdə olan bir neçə alban abidəsinin üzərinə ermənicə yazılar və elementlər əlavə ediləcək mənimsənilib.
- Məlumat
Kənd ərazisində çox mənzərəli və gəzməli yurd yerləri vardır. Onlardan kəndin Kilsəlidərə deyilən alban kilsəsini və həmin ərazinin III-V əsrlərə təsadüf edən, üzərində qrabar əlifbası ilə yazı olan xaç daşları tarixi abidələri mövcud olub. Kəndin eni 3 km, uzunluğu isə 2,5 km-dir. Kənd Basarkeçər şəhərindən 14 km şimal tərəfdə yerləşmişdir. Kənd qərb tərəfdən 3 km Kəsəmən kəndi ilə, cənub qərb tərəfdən 6 km Bala Məzrə (Kiçik Məzrə) kəndi ilə, cənub tərəfdən 6 km Böyük Məzrə kəndi ilə, şərq tərəfdən isə 4 km Canəhməd kəndi ilə həmsərhəddir. 1905-1907-ci illərdəki qaçqınlıq zamanı kənd əhalisi tamamilə doğma yurdlarından qaçqın düşmüş, Kəlbəcər, Daşkəsən, Gədəbəy və başqa yerlərdə məskunlaşmışdır. Kənd əhalisi 1907-ci ilin yazında yenidən doğma kəndinə qayıtmış, az bir hissəsi isə məskunlaşdıqları ərazilərə qayıtmış, az bir hissəsi isə məskunlaşdıqları ərazilərdə qalmışdır. Qaçqınlıq zamanı kəndin təxminən 100–120 evi, 500–550 nəfərə yaxın əhalisi olmuşdur. 1918-1920-ci illərdəki II qaçqınlıq zamanı kənd əhalisi tamamilə çıxarılaraq doğma yurdlarından qaçqın düşmüş, Kəlbəcər, Daşkəsən, Gədəbəy, Samux, Şəmkir və başqa yerlərdə məskunlaşmışdır.
Kənd əhalisi 1921-ci ilin yazında yenidən doğma kəndinə qayıtmış, az bir hissəsi isə məskunlaşdıqları ərazilərdə qalmışdır. Qaçqınlıq zamanı kəndin təxminən 150–170 evi, 600–650 nəfərə yaxın əhalisi olmuşdur. 1948-1953-cü illərdəki III qaçqınlıq zamanı kənd əhalisi tamamilə doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşdür. Kəndin 170 evi, 580 nəfərə yaxın əhalisi yenidən doğma kəndinə qayıtmışdır. Qaçqınlıq zamanı kəndin 230 evi, 820 nəfərə yaxın əhalisi olmuşdur. 1988-1991-ci illərdəki IV qaçqınlıq zamanı kənd əhalisi tamamilə doğma yurdlarından zorla çıxarılaraq qaçqın düşmüşdür. Kənd əhalisi Bakı, Gəncə, Tərtər, Goranboy, Söy-göl (keçmiş Xanlar), Tovuz və başqa yerlərdə məskunlaşmışdır.[i]
Kəndin ərazisindəki aşağıda qeyd olunan, qədim yurd yerləri və toponimlər ərazidə ancaq azərbaycanlıların yaşadığını göstərir.
[i] https://az.wikipedia.org/wiki/Qaraiman
