Əsas şəkil

Qarakilsə məbədi

Tarixi
VII yüzil
Yerləşmə
Əvvəlki toponim

İrəvan quber­ni­yasının Yeni Bə­yazid qəza­sındakı Qaran­lıq  rayonunda yerləşən Mə­dinə (Qara­kil­sə) kən­dində

Yerləşmə
Hazırkı toponim

Qaranlıq rayo­nu–Martuni, Mədinə (Qara­kil­sə) kəndi 1948-ci ildə ləğv edilib.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Qarakilsə mə­bə­di yarı uçuq halda 1988-ci il­dəki kütləvi deportasiyaya qədər yerləş­di­yi ərazidə qa­lır­dı.

Məlumat

Mədinə kəndinin digər adı Qarakil­sədir. Kənddə VII yüzilə aid alban mə­bədi kən­din kənarındakı yüksək əra­zidə yerləşir.  Mədinə kəndi barədə ilk yazılı məlumat Qaraqoyunlu haki­miyyəti döv­rünə aiddir. 1452-ci ilə dair yazışmalarda kənd buradakı alban məbədinin adı ilə “Qarakilsə” kimi təq­dim olunur. 1555-ci ilə dair yazış­ma­larda isə kənd “başqa bir adı Qarakilsə olan Mədinə kəndi” kimi təq­dim edilir və onun Suxur–Səd bəy­lərbəyliyinin in­zi­bati vahidlərindən biri olduğu gös­tərilir. 1723-cü ildə osman­lılar Göyçə gölü hövzəsinə tam nəzarət imkanı əldə etdikdən sonra tərtib edil­miş və 12 aprel 1728-ci ildə Əhməd şah Məhmət xan oğlu tərəfindən təs­diq­lən­miş “İrəvan əyalətinin icmal dəf­təri”ndə kənd əski adı ilə, yəni Qa­rakilsə kimi verilib[i]. Kənd əhalisi 1873-cü ildə 208, 1886-cı ildə 296, 1897-ci ildə 346, 1904-cü ildə 736, 1914-cü ildə 1023 nəfərə çat­mışdı[ii]. 1918-ci ildə azərbaycanlıların yaşadığı torpaqlarda qurulan qondarma “Ararat Respub­likası” daşnak ordusu tərəfin­dən azər­bay­canlılar soyqırımına məruz qalmış, ermənilər mədinəlilərin meyit­lərini belə dinc buraxmamış, onları məscid–məd­rəsəyə yığaraq yandırmış­lar. 1922-ci il­də sovet hökumətinin təh­lükəsizlik ba­rədə zəmanətindən sonra Mədinəyə qa­yıdan türklərin sayı cəmi 94 nəfər olmuşdur. 1931-ci ildə Mə­dinənin türk əhalisinin sayı artıq 234 nəfər idi. Er­mənistan hökumətinin İ.Stalinin razı­lığı ilə dövlət sə­viyyə­sində həyata keçirdiyi 1948-1953-cü illər depor­tasi­yası zamanı kənd əhalisi Azərbaycan əra­zisinə köçürülüb Mə­dinə kəndi isə 1948-ci ildə bir inzibati vahid kimi ləğv edilərək, ərazisi Lernakert sov­xozunun istifadəsinə verilmişdir.

Toponim ərəb dilində "şəhər" mənasında işlənən mədinə sözü[i],[ii]əsasında əmələ gəl­mişdir. Relyef əsasında yara­nıb. 

Quruluşca sadə topo­nim­dir. Kənd ləğv olunana qədər orada yalnız azərbaycanlılar yaşayıb.
 


[i] Ərəb və fars sözləri lüğəti, Bakı, Azərb.SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.340

[ii] Савина В.И. Словарь географических терминов и других слов, формирующих топонимию Ирана, М., “Наука”, 1971. s.141


 


[i] Vilayətoğlu, S. “Oğuz Elinin müqəddəs ocağı Göyçə”/Salman Vilayətoğlu.Bakı, 2006–S.313–315 

[ii] Qorqodyan Z. 1831–1931–ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, “Melkonyan fond”, 1932. s.66–67, 140–141