Qayabaş piri

Tarixi:
XVIII-XIX yüzil
Yerləşmə /
Əvvəlki toponim:

İrəvan quberni­ya­­sı­ İrəvan qə­za­sın­da, in­di­ki Ellər (Ko­ta­y­k­, Abov­yan) ra­yo­­­nun­da­kı Zar (Qırx­­­­­bulaq) kən­d­in­də.

Yerləşmə /
Hazırkı toponim:

Ellər rayonunun adı dəyiş­di­ri­lə­rək – Kotayk, Abov­yan adlan­dı­rı­lıb.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Azərbaycanlıların de­por­ta­si­ya­sın­dan sonra pi­rin zi­ya­rət olun­ma­sı­na Er­mə­nis­tan döv­­ləti tə­rə­fin­də­n icazə veril­mə­yib.

Məlumat:

Qayabaş piri Zar (Qırxbulaq) kəndinin kə­na­rında ağac­lıq və yaşllıq ərazidə yerləşir.

 Təx­minən 1.5 m hün­­dür­lüyü, 70 sm eni və ya­nında 50 sm hün­dür­lüyü, 35 sm eni olan iki boz daşdan ibarətdir. Kənd və ətraf kənd­lərdən gələn insanların ən çox ziyarət et­diyi pirlərdən idi.[i] Kənddə 1831-ci ildə 89 nəfər, 1873-cü ildə 490 nəfər, 1886-cı ildə 634 nəfər, 1897-ci ildə 757 nəfər, 1914-cü ildə 1250 nəfər,[ii] 1918-ci ilin yan­varında 706 nəfər yalnız azərbaycanlı ya­şa­yıb. 1918-ci ilin fevral ayında azər­bay­can­lılar er­mə­ni təcavüzünə məruz qalaraq de­portasiya olunub.[iii]  Türkiyədən köçü­rü­lən ermənilər 1918-1919-cu illərdə burada yer­ləşdirilib.

 İndiki Ermənistanda sovet hö­kuməti qurulandan sonra sağ qalan azər­bay­­can­lılar öz doğma ocaqlarına dönə b­i­lib­lər. Burada ermənilərdən başqa 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 51 nəfər, 1931-ci ildə 93 nəfər azərbaycanlı yaşayıb.[iv]

Toponim türk di­lin­də “yarğan” mə­na­sın­da iş­lə­nən “car” sö­zü ə­sa­­sında əmələ gə­­lib. Relyef ə­s­a­­sın­da yara­nan sa­də topo­nim­dir[v]

[i] https://www.facebook.com/IrevandaTurkler/photos/a.335819319827538/441681072574695

[ii] Korkotyan, Z. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831-1931) / Zaven Korkotyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 44-45; 124-125.

[iii] История Азербайджана по документам и публикациям. – Баку: Элм, 1990. –S. 216.

[iv] Korkotyan, Z. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831-1931) / Zaven Korkotyan. – İrəvan: Melkonyan fond, 1932. – S. 44-45, 24-25.

[v] Мурзаев, Э.М. Словарь народных географических терминов. – М.: Мысль, 1984. – S. 178-179. – Kəndin azərbaycanlıların yurd yeri olduğunu toponim, pir və kənd qəbiristanlığındakı qədim türk boyalarına aid abidələr də təsdiqləyir.

Fotolar:
Videolar: