- Tarixi
- Orta əsr
- YerləşməƏvvəlki toponim
Karvansara rayonunun Haçasu kəndinin cənub–qərb hissəsində yerləşir
- YerləşməHazırkı toponim
Karvansara rayonu–İcəvan, Haçasu kəndi– 1920-ci ildən Açacur adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Qayan Qala qalası xaraba və dağınıq vəziyyətdədir.
- Məlumat
Qayan Qala (ermənicə –Qayanberd) qalası orta əsr qalasıdır. Karvansara rayonunun Haçasu kəndinin cənub–qərb hissəsində, Naltökən dağının meşəli zirvəsində yerləşir, dağınıq vəziyyətdədir. Qaladan aşağıda, dağın şimal ətəyində kiçik bir ibadətgah var.[i]
Kəndin adı 1920-ci ildə kalka üsulu ilə dəyişdirilib, Açacur (Haçasu) qoyulmuşdur. Rayon mərkəzindən 17 km məsafədə yerləşir.[ii]
Haçasu toponimi “haçalanmağın başlandığı yer” mənasında işlənən haça sözü ilə[i] türk dilində “çay” mənasında işlənən su sözünün[ii] birləşməsindən əmələ gəlmişdir.[iii] Əsas çayın bir neçə qola ayrıldığı yerdə salındığı üçün kənd Haçasu adlanmışdır.
[i] Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002,
696 səh. ISBN 5–8066–1452–2, s,359
[ii] Радлов В.В. Опыт словарья тюркских наречий, т.IV, ч.1, СПб, 1911. s.745
[iii] Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.528–529
