- Tarixi
- XVIII-XIX yüzil
- YerləşməƏvvəlki toponim
Zəngəzur mahalının Mığrı rayonunda
- YerləşməHazırkı toponim
Mığrı rayonu 09.09.1930-cu ildən–Meğri
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1988-1989-cu ildə azərbaycanlıların kütləvi deportasiyasından sonrakı dövrdə qədim Mığrı evləri Azərbaycan və Şərq memarlıq arxitekturasına malik elementlərə sahib olduğu üçün əksəriyyəti ermənilər tərəfindən uçurulub, yerində başqa tikililər inşa edilib.
- Məlumat
Mığrı rayonu 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin erməni katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanıb. Mığrı Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi. Mığrı rayonunun keçmiş adının “Mığrı” olduğunu həmin bölgənin yerli əhalisi təsdiqləyir.[i] Toponimin türk dilində “quruyan, az sulu çöl çayı olan dərə” mənasında işlənən “mukır, mukur” sözünün fonetik variantı olan “mığrı” sözü əsasında formalaşdığını bir sıra elmi mənbələr vurğulayır. Ermənistan Respublikasında Mığrı 1930-cu il sentyabrın 9-da yaradılıb. Mığrı rayonundakı azərbaycanlılara aid qədim evlər memarlığı və arxitektura baxımından Azərbaycanın digər regionlarındakı evlər ilə bənzərlik təşkil edir. Rayon mərkəzində yerləşən Mığrı evlərinin əksəriyyəti iki mərtəbəli və çay daşından inşa edilib. Bir çoxunun bayır divarları ağ torpaqla suvanıb və üzəri ağ əhənglə ağardılıb. Evin aşağı mərtəbəsinin divarlarına bərkidilmiş taxtalar üzərində tikilən taxta eyvanlar və eyvandan ağac dirəklər ucaldılıb. Bu dirəklər evin dam hissəsindən eyvanın üstünü örtmək üçün uzanan dam örtüyü təbəqəsini saxlayan dayaqlardır.
Mığrıdakı azərbaycanlılara aid qədim ev mülklər bölgədə azərbaycanlıların qədim dövrdən yaşadığını sübut edən maddi irs kimi əhəmiyyətlidir.
[i] ttps://az.wikipedia.org/wiki/Meğri_rayonu
