Əsas şəkil

Qəmərli kəndində qala

Tarixi
E.ə. VIII - VII yüzil
Yerləşmə
Əvvəlki toponim

İrəvan quberni­ya­sının Eçmi­əd­zin qəza­sın­da, sonradan Üçkil­sə rayonu Qə­mər­li (digər adı Gözlü Qə­mərli) kən­din­də

Yerləşmə
Hazırkı toponim

Üçkilsə rayonu –Eç­miədzin, Qə­mərli– 15.VII.1946-cı ildən–Metsa­mor 

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Qala uçub da­ğı­lıb. Hal-ha­zırkı dövrdə  yer­ləş­diyi əra­zidə bə­zi yerlə­rində 1 metr, bəzi yerlə­rin­də isə 1,5 metr hündürlü­yün­də xara­ba­lıq­ları qalıb. (Mən­bə: 7 fev­ral, 2011-ci ildə çəkilən foto).[i] Ermə­ni­lər tə­rə­fin­dən mə­n­i­m­­səni­lə­rək er­mə­ni abi­dəsi ki­mi ­təq­dim olunur. 
 


[i] https://www.facebook.com/photo/?fbid=109472515795554&set=a.104869906255815

Məlumat

Qalanın inşasında böyük qaya daşla­rından istifadə edilib. Qəhvəyi, narıncı və sarı daşlar qalanın vizual görünüşünə xüsusi gözəllik qatıb. Qalanın qalan 1 və 1,5 metr yüksəkliyindəki xaraba di­varları belə ətrafı yaşıl ot və güllü çiçəkli ərazidə möhtəşəm və əzə­mətli görünür. [i] Qalanın Kimmerlər dövründə tikildiyi ehtimal olunur. Qəmərli kəndi rayon mər­kəzindən 8 km cənubda, Böyük Qa­ra­­su çayının yanında yerləşir. Qaf­qazın 5 verstlik xəritəsində qeyd edil­miş­dir. Kənddə 1831-ci ildə 127 nəfər, 1873-cü ildə 295 nəfər, 1886-cı ildə 347 nəfər, 1897-ci ildə 408 nəfər, 1904-cü ildə 411 nəfər, 1914-cü ildə 436 nəfər, 1916-cı ildə 425 nəfər yalnız azərbay­canlı yaşa­mış­dır.[ii] 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakin­ləri azər­baycanlılar tarixi–etnik tor­paq­larından de­por­tasiya edilmiş və Tür­kiyə­dən köçü­rü­lən ermənilər burada yer­ləş­diril­mişdir.[iii]

Toponim qə­mər (antik mən­­bə­lər­də kimmer) türk tayfa adı­na[i],[ii],[iii]mən­sub­luq bildirən -“li” şə­kil­­çisinin artı­rıl­ması ilə əmələ gəlib “qə­­­mər (kimmer) tay­fa­sının yaşadığı kənd” mənasını bildirir. Etnoto­ponimdir. Qu­ru­luş­ca sadə to­po­nimdir. Qə­mərli kəndi qə­dim oğuz yurdu olub. Qala mü­da­fiə məqsədi ilə inşa olunub.


 


[i] Страбон. География, В 17ти кн., Л., 1964. s.469

[ii] Cəlilov F.A. Qədim türk etnonimləri (2. Qamər «kimmer»). Azərbaycan onomastikası problemlərinə dair konfransın materialları, Bakı, APİ, 1987. s.81–83

[iii] Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, «Элм», 1990. s.317–32


 


[i] https://www.facebook.com/photo/?fbid=109472515795554&set=a.104869906255815

[ii] Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 82–83, 152–153

[iii] Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 153