Əsas şəkil

Qıpçaq kəndində daş körpü

Tarixi
XIII yüzil
Yerləşmə
Əvvəlki toponim

Şörəyel maha­lının Artik ra­yo­nunun Qıp­çaq kən­dində

Yerləşmə
Hazırkı toponim

Ərtik–Artik ra­yo­nu–Qıpçaq kən­di– 31.05.1946-cı ildən – Haric

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Qıpçaq kən­din­dəki qədim daş kör­pü erməni­lər tə­rə­f­indən mə­­nim­sənilib, hal–ha­zırkı dövrdə er­­məni abidəsi kimi gös­tərilir.

Məlumat

Körpü Qıpçaq məbədinin yanında Salı­nıb.[i] Azərbaycan və şərq memarlıq üs­lu­bunda tikilib. Tək tağlı daş körpü me­marlıq və arxitektura baxımından Azər­baycandakı körpülərlə də eynilik təşkil edir. Çay daşından inşa edilən körpünün alt dəyirmi hissəsi mişar daşları ilə oval–dairəvi qaydada hörülmüşdür. Körpünün hündürlüyü 3,5–4 metr, uzunluğu 13–16 metr, eni isə 3,5–4 metr civarındadır.

Rayon mərkəzindən 5 km məsafədə yer­ləşir. “İrəvan əyalətinin icmal dəf­tə­ri”n­də,[ii] Qafqazın 5 verstlik xəritə­sində qeyd edilmışdir.[iii] 

Toponim qə­dim türk tayfa­la­rın­dan olan qıp­çaq etno­nimi[i],[ii],[iii] əsasında ya­ran­mışdır. Etno­to­ponimdi. Qu­ru­luşca sadə to­ponimdir. Əra­zidə qıpçaq türk­­ləri yaşayıb. 

 


 


[i] Rəşidəddin Fəzlullah. Oğuznamə, Bakı, Azərbaycan Dövlət Nəşriyyat Poliqrafıya Birliyi, 1992, s.18

[ii] Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, Элм, 1986, s.46–48

[iii] Cavad HeyətTürklərin tarix və mədəniyyətinə bir baxış (İslamdan əvvəl və islam dövrü). Başlanğıcından XVI əsrə qədərBakı, Azərnəşr, 1993, s.34–37


 


[i] https://ordu.az/az/news/184862

[ii]  İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, “Elm”, 1996, s.124

[iii] Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 134