- Tarixi
- VII-XII yüzil
- YerləşməƏvvəlki toponim
Şörəyel mahalının Ərtik rayonunun Qıpçaq kəndində alban (türk) xristian məbədi.
- YerləşməHazırkı toponim
Qıpçaq kəndin adı 31.05.1946-cı ildə dəyişdirilərək Ariç, məbədin adı isə Ariçavank adlandırılıb.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Sovet hakimiyyəti dövründə müxtəlif məqsədlər üçün istifadə edilib. 1966-cı ildə aparılan arxeoloji qazıntı zamanı qala və qəsəbə hissəsi də üzə çıxarılıb. Məbəd ermənilərin adını dəyişdirə və erməniləşdirə bilmədikləri abidələrdəndir.
- Məlumat
Məbəd iki kilsə və digər tikililərdən ibarətdir. Günbəzli zal üslubunda tikilmiş baş məbədin 1201-ci ildə inşa olunduğu ehtimal edilir.
Qıpçakavank, Albaniyanın ən məşhur monastır mərkəzlərindən biri olaraq tanınır və xüsusilə məktəbi və gözəlliyi ilə məşhurdur.
1966-cı ildə arxeoloji qazıntılar zamanı e.ə. ll yüzildən var olduğu və Albaniyanın ən məşhur qala qəsəbələrindən biri olduğu məlumdur. (Əziz Ələkbərli). Kilsənin adından da lap yaxşı bəlli olur ki, alban-ların “türkləşmə”si teoreminin yanlış və Azərbaycan türk xalqının tarixinə kölgə salmaqdan başqa bir şey deyil [i],[ii].
Adından göründüyü kimi, məbəd Qıpçaq türklərinə məxsus olub. Qıpçaq kəndi qədimdən türk-oğuz boylarının ana yurdu olub, kəndə ilk ermənilər XIX yüzilin ortalarında İrandan, Türkiyədən köçürülüb gətirilibər [iii].
[i] Сисиан (справочник- путеводитель). – Ереван, 1987. – C. 111-112.[ii] Ələkbərli, Ə. Qədim Türk-Oğuz yurdu – “Ermənistan” / Əziz Ələkbərli. – Вakı, 1994. – S. 77-82.
[iii] https://www.facebook.com/385154778487398/posts/ 442128239456718/.
