- Tarixi
- XV–XI əsrlər
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Kəvər rayonundakı Qışlaq kəndində
- YerləşməHazırkı toponim
Kəvər rayonu– 13.04.1959-cu ildən Kamo, Qışlaq kəndi 1831–1873-cü illər aralığında dağıdılıb və ləğv edilib.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
XIX əsrin ortalarında dağıdılıb, tərk edilmiş Qışlaq kəndində 1988-ci il deportasiyasına qədər məscidin qalıqları mövcud idi. Ermənilər azərbaycanlılara aid maddi-mədəni abidələrin bir çoxunu məhv etmişdir. Bu vandallıqdan kənd məscidi də nəsibini almışdır.
- Məlumat
İslam dini abidəsi olan məscid Kəvər rayonundakı Qışlaq kəndində yerləşir. Məscid XV–XVI əsrlərdə kəndin imkanlı xeyriyyəçi şəxslərinin maddi köməkliyi ilə inşa olunub. Göyçə gölünün cənub-qərbində, Kəvər çayının deltasında, sahilə yaxın bir ərazidə XIX əsrin ortalarında dağıdılıb, tərk edilmiş kəndin və məscidin xarabalıqları 1988-ci il deportasiyasına qədər toxunulmamış qalırdı.
Məscid kənd əhalisinin ibadət məkanı idi. Eyni zamanda dini bayramlarda və xüsusi günlərdə kənd əhalisi məsciddə toplaşırdı. Kəndin xarabalıqlarındakı və erməni alimlərinin özlərinin IX əsrə aid etdiyi məbədin, XV–XVI əsrlərə aid məscid-mədrəsənin, qədim məzarlığın ərazisindəki kitabələrin varlığı Qışlaq kəndinin Göyçə mahalının qədim, sorağı min illiklərin dərinliyindən gələn ən iri yaşayış məskənlərindən biri olduğunu deməyə əsas verir.
Oğuz kitabələrinin qalıqlarına əsasən isə bu iki fakt hər cür elmi mübahisələrə son qoymaq, Qışlağın 3000 illik tarixi və o tarixin oğuz türkləri ilə bağlılığını təsdiqləyən gerçəkliklərdir.
İ.Şopenin tərtib etdiyi siyahıda yeni yaradlmış erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə hövzəsində o zaman yaşayış üçün yararlı sayılan kəndlərin arasında Qışlaq kəndinin də adı var. Kənd XIX əsrin ortalarına qədər mövcud olub. 1555-ci ilə dair rəsmi yazışmalarda Qalaca Qışlaq kəndi Səfəvi-Azərbaycan dövlətinin Çuxur-Səəd bəylərbəyliyinin inzibati vahidlərindən biri kimi təsniflənir. 1723-cü ildə osmanlılar Göyçə gölü hövzəsinə tam nəzarət imkanı əldə etdikdən 5 il sonra təsdiqlənmiş “İrəvan əyalətinin icmal dəftəri”nin 12-ci səhifəsində isə Qalacıq (Qışlaq) kəndinin İrəvan əyalətinin Göyçə nahiyəsinin inzibati bölgüsünə aid edilməsi və illik vergisinin 3920 ağça həcmində müəyyənləşdirilməsi barədə qeydlər aparılıb. 1831-ci ilə dair sənədlərdə Qışlaq kəndinin 583 nəfər əhalisi olduğu göstərilsə də, 1873-cü ilə dair statistikada və bundan sonrakı dövrlərə dair rəsmi sənədlərdə Yeni Bəyazid qəzasının kəndləri sırasında Qışlağın adına rast gəlinmir. Bu, o deməkdir ki, Qışlaq kəndi məhz 1831–1873-cü illər aralığında Göyçədə tüğyan etmiş 42 illik erməni vəhşiliklərinin qurbanı olmuşdur[i].
Azərbaycan mədəniyyət nümunəsi olan məscid kənddə azərbaycanlıların dərin sosial-iqtisadi və tarixi inkişaf yolu keçdiyini sübut edir.
[i] Vilayətoğlu Salman. Oğuz Elinin müqəddəs ocağı – Göyçə. Bakı: 2006, s.301-302
