- Tarixi
- IX əsr
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Kəvər rayonundakı Qışlaq kəndində
- YerləşməHazırkı toponim
Kəvər rayonu– 13.04.1959-cu ildən Kamo. Qışlaq kəndi 1831–1873-cü illər aralığında dağıdılıb, ləğv edilib.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
XIX əsrin ortalarında dağıdılıb, xarabalığa çevrilən Qışlaq kəndindəki alban məbədinin qalıqları 1988-ci ilin dekabr ayında azərbaycanlıların son deportasiyasına qədər vardı. Sonrakı dövrdə ermənilər tərəfindən mənimsənilib, “erməni abidəsi” kimi təqdim olunur.
- Məlumat
Ermənilərin tarixin yaddaşından silmək istədikləri türk toponimlərindən biri də Qışlaqdır. Göyçə gölünün cənub-qərbində, Kəvər çayının deltasındakı Qışlaq kəndində erməni alimlərinin özlərinin IX əsrə aid alban məbədi elan etdiyi məbəd yüksək ərazidə yerləşirdi. Məbəd qırmızı tuf daşdan istifadə edilərək inşa olunmuşdu. 1831–1873-cü illərdəki hücumlardan məbəd də nəsibini almış bir hissəsi uçub, dağılmışdı.
Qışlaq kəndi Göyçə mahalının qədim, sorağı min illiklərin dərinliyindən gələn ən iri yaşayış məskənlərindən biri olub.
Oğuz kitabələrinin qalıqları hər cür elmi mübahisələrə son qoymaq üçün vacib olan Qışlağın 3000 illik tarixi və o tarixin oğuz türkləri ilə bağlılığını təsdiqləyən gerçəkliklərdir.
İ.Şopenin tərtib etdiyi siyahıda yeni yaradlmış erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə hövzəsində o zaman yaşayış üçün yararlı sayılan kəndlərin arasında Qışlaq kəndinin də adı var. Kənd XIX əsrin ortalarına qədər mövcud olub. 1555-ci ilə dair rəsmi yazışmalarda Qalaca Qışlaq kəndi Səfəvi-Azərbaycan dövlətinin Çuxur-Səəd bəylərbəyliyinin inzibati vahidlərindən biri kimi təsniflənir. 1723-cü ildə Osmanlılar Göyçə gölü hövzəsinə tam nəzarət imkanı əldə etdikdən 5 il sonra təsdiqlənmiş “İrəvan əyalətinin icmal dəftəri”nin 12-ci səhifəsində isə Qalacıq (Qışlaq) kəndinin İrəvan əyalətinin Göyçə nahiyəsinin inzibati bölgüsünə aid edilməsi və illik vergisinin 3920 ağça həcmində müəyyənləşdirilməsi barədə qeydlər aparılıb. 1831-ci ilə dair sənədlərdə Qışlaq kəndinin 583 nəfər əhalisi olduğu göstərilsə də, 1873-cü ilə dair statistikada və bundan sonrakı dövrlərə dair rəsmi sənədlərdə Yeni Bəyazid qəzasının kəndləri sırasında Qışlağın adına rast gəlinmir. Bu, o deməkdir ki, Qışlaq kəndi məhz 1831-1873-cü illər aralığında Göyçədə tüğyan etmiş 42 illik erməni vəhşiliklərinin qurbanı olmuşdur[i].
Tərk edilmiş Qışlaq kəndindəki alban məbədinin qalıqları və kənd qəbiristanlığındakı oğuz türklərinə aid abidələr, qala və məscid-mədrəsə Qışlaq kəndinin oğuz türkləri tərəfindən binələşdirilməsi-nin azı 3000 illik tarixinin təsdiqləyicisi olan maddi dəlildir.
[i] Vilayətoğlu Salman. Oğuz Elinin müqəddəs ocağı – Göyçə. Bakı: 2006, s.301-302
