- Tarixi
- 3000 il əvvəl
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Kəvər rayonundakı Qışlaq kəndində
- YerləşməHazırkı toponim
Kəvər rayonu – 13.04.1959-cu ildən Kamo, Qışlaq kəndi 1831–1873-cü illər aralığında dağıdılıb və ləğv edilib.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Qışlaq qalalar kompleksinin qalıqları 1988-ci ilin dekabr ayında azərbaycanlıların kütləvi deportasiyasına qədər yerləşdiyi ərazidə qalırdı. İndiki dövrdə xaraba kənddə qalıqları olan bu qalaları ermənilər mənimsəyib.
- Məlumat
Qışlaq qalalar kompleksi Göyçə gölünün cənub-qərbində, Kəvər çayının deltasında, sahilə yaxın yüksək ərazidə yerləşir. Qışlaq qalaları 1935-ci ildə akademik B.Piotrovski tərəfindən aşkarlanıb və tarixi fakt kimi təsdiqlənib. Ermənilər bu qalaları “Mrtbi-dzor” adlandırsalar da, B.Piotrovski öz əsərlərində qalaları məhz “Qışlaq-1”, “Qışlaq-2”, “Qışlaq-3” kimi təsnifləmiş və konkret olaraq göstərmişdir ki, çayın sağ və sol sahillərində üz-üzə dayanmış bu qalalar müstəqil qala olmayaraq, Ördəkli-Başkənd istehkam kompleksinin zəncirbəndləri rolunu oynayır. Və akademikin fikrincə, onlardan ikisi sırf müdafiə, üçüncüsü isə mütləq mənada məişət səciyyəsi daşıyıb.
Ən çox maraq doğuran isə qalaların memarlıq həllidir. Sağ sahildəki qalanın yalnız iri qayalardan ibarət bünövrəsi qaldığı üçün onun haqqında konkret söz söyləmək o qədər də asan deyil. Sol sahildə isə qala divarlarının bir qismi qalır. Bu, arası xüsusi bərkidici məhlulla doldurulmuş iki divardan ibarət bir hörgü nümunəsidir ki, analoji texnologiya dünyanın heç bir qədim memarlıq nümunəsində müşahidə olunmayıb. Bundan əlavə, divardan öncə bir-biri ilə birləşməyən qayalar düzümü var ki, bu da qədim göytürklərin tələ divarlarına bənzəyir. Qalanın künclərində istifadə olunmuş terras sistemləri isə hər şeydən öncə dəniz tərəfdən hücumlar əleyhinə hesablanmış qurğular kimi dəyərləndirilə bilər.
Çayın sağ və sol sahillərində üz-üzə dayanmış “Qışlaq-1”, “Qışlaq-2”, “Qışlaq-3” qalalar kompleksi müstəqil qala olmayaraq, Ördəkli-Başkənd istehkam kompleksinin zəncirbəndləri rolunu oynayır. Qışlaq təkcə müdafiə istehkamının halqası olmayıb, bu təyinata qədər Qışlaqda məskunlaşmanın uzun bir tarixi yaşanıb. O qədər uzun ki, əhali özünümüdafiə təfəkkürü səviyyəsinə qədər oturuşa bilib.
