- Tarixi
- Orta yüzil
- YerləşməƏvvəlki toponim
Karvansara rayonunun Haqqıxlı kəndi yaxınlığında
- YerləşməHazırkı toponim
Karvansara rayonu–İcevan, Haqqıxlı kəndi1978-ci ildən–Səməd Vurğun, 1991-ci ildən– Hovk
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Qız qalası hal–hazırkı dövrdə yarıdağınıq vəziyyətdə olsa da, bütövlüyünü nisbətən qoruyub saxlamışdır. Ermənilər tərəfindən mənimsənilib, erməni abidəsi kimi təqdim olunur.
- Məlumat
Qız qalası abidəsi Haqqıxlı kəndinin şərqindəki “Molla qayası”ndan bir neçə kilometr şərqə doğru üç tərəfdən sıldırım qayalığın başındakı kiçik düzənlikdə inşa edilmişdir. Bu düzənlik hər tərəfdən təbii yüksək qayalıqlarla, eyni zamanda piramida şəkilli divarlarla əhatə olunmuşdur. Qalanın girişi isə cənubdandır.
Girəcəkdə içəri tərəfdən kiçik gözətçi yeri vardır. Bundan əlavə, qayalıq tərəfdən bir neçə kiçik pəncərəsi var.
Qalanın içərisində dağılmış mənzillərdən başqa, iki su anbarı da vardır. Su saxsı borularla əvvəlcə kiçik hovuza, sonra oradan başqa boru ilə böyük su anbarına tökülürmüş. Qalanın bütün tikililəri, eləcə də divarları göy rəngli bazalt daşdandır.[i]
Qız qalasının sənət və mədəniyyət nümunəsi baxımından azərbaycanlılar üçün tarixi–arxeoloji dəyəri çox böyükdür.
[i] Ələsgər Mehdiyev, Amil Əhmədov, Fuad Nəbiyev. “Oğuz yurdu Haqqıxlı”. Bakı, “Adiloğlu”, 2016. səh.53
