Əsas şəkil

Qız qalası–II

Tarixi
IX-X yüzil
Yerləşmə
Əvvəlki toponim

Cə­lal­oğlu rayo­nunda Çubuq­lu­dan gələn ça­yın qırх bula­ğı­nın qоvşağında 

Yerləşmə
Hazırkı toponim

Cəlaloğlu–1923-cü ildən Stepan Şaum­ya­nın adına uy­ğun  Stepana­van, Çubuxlu–Va­ransovka

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Qız qalası er­mə­nilər tərə­fin­dən dağıdılıb. 

Məlumat

Qız qalası Cəlalоğlu mahalında Va­ransоvka çayının, yəni Çubuqludan gələn çayın qırх bulağının qоvşağında yerləşib. Qala divarlarının eni bir metrə yaxın olub. Hörgüsündə böyük daş­lardan istifadə edilib. Hündürlüyü 2–3 metr civarında olub. Qalalar ümu­miyyətlə hərbi–strateji baxımdan uca, əlçatmaz yerlərdə tikilir. Bu ərazilərdə daha çox çay kənarı və çay qovşağı olan yüksək yerlər seçilib.[i] 
 

Dağ Borçalı və Cəlaloğlu əra­zi­sində qədim dövr­lərdən eti­ba­rən türk tay­faları yaşayıb. 


[i] Əflatun Məmmədov. “Qərbi Azərbaycanın Pəmbək mahalı: Eminlər tayfasının şəcərəsi”. Bakı, “Çaşıoğlu”, 2015. səh.70