- Tarixi
- XVIII-XIX yüzil
- YerləşməƏvvəlki toponim
Amasiya rayonunun Düzkənd kəndi yaxınlığındakı Qızıl dağda
- YerləşməHazırkı toponim
Düzkənd kəndinin adı 19.04.1991-ci ildə dəyişdirilib, Alvar qoyulub.
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1988-ci ildə azərbaycanlıların tarixi torpaqlardan deportasiyasından sonra, ocaq ermənilər tərəfindən mənimsənilib və azərbaycanlılara bir daha Ermənistan hakimiyyəti tərəfindən müqəddəs ocağı ziyarət etmək imkanı verilməyib.
- Məlumat
Qızıl dağ ocağı Amasiya rayonunun Düzkənd kəndinə yaxın olan Qızıl dağda yerləşir. Qızıl dağda 4 hektarlıq yastama, düzən yerdə 3 ədəd ocaq var. Bura Qızıl dağ ocağı deyiblər.
Düzkənd, Təpəkənd və digər ətraf kəndlərin əhalisi həmişə bura ziyarətə gələr, nəzir deyib, qurban kəsər, ocağa pul qoyar, şam yandırardılar[i].
Azərbaycan xalqının və müsəlman–türk dünyasının ruhsal–irfan ocaqları kimi Qızıl dağ ocağı da tarixi torpaqlarda Azərbaycan mədəni irsinin nümunəsidir.
[i] Tacir Səmimi. “Qədim Oğuz yurdunun Düzkənd kəndi”. Bakı, “Nurlan”, 2005. səh.16
