Əsas şəkil

Qızıl dağ qalası

Tarixi
X yüzil
Yerləşmə
Əvvəlki toponim

Amasiya rayo­nunun Düz­kənd kəndi ya­xınlığında

Yerləşmə
Hazırkı toponim

Düzkənd kən­di­nin adı 19.04.1991-ci ildə dəyişdiri­lib, Alvar qo­yulub.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Qızıl dağ qa­lası  uçub d­a­ğıl­­­sa da, qa­lıq­la­rı indi də du­rur.

Məlumat

Tarixi Qızıl dağ qalası Amasiya rayo­nunun Düzkənd kəndindən 3 km aralı Qızıl dağda yerləşir. Qala divarlarının hündürlüyü 1.0–1.5 metr, eni 1.5–2.0 met­rə çatır. Qala divarlarının çox hissəsi uçub dağılıb. Qala divarları Balıqlı və Xançallı kəndlərinə tərəf uzanır.[i]

Amasiya rayonunda tarixən Düzkənd adında iki kənd olmuşdur: Böyük Düz­kənd, Kiçik Düzkənd.[ii] XIX əsrin əvəllərində Böyük Düzkənd və Kiçik Düz­kənd kəndləri birləşdirilərək Düz­kənd kəndi kimi rəsmiləşdirilmişdir. Kən­din köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstə­rilir.[iii] Kənddə 1886-cı ildə 348 nəfər, 1897-ci ildə 520 nəfər, 1908-ci ildə 636 nəfər, 1914-cü ildə 722 nəfər azərbaycanlı ya­şa­mışdır.[iv] 1916-1918-ci illərdə azər­bay­canlılar ermənilər tərə­findən qırğın­larla qovulmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra azər­bay­can­lılar ata–baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 359 nə­fər, 1926-cı ildə 402 nəfər, 1931-ci ildə 468 nəfər[v], 1970-ci ildə 516 nəfər, 1987-ci ildə 580 nəfər[vi]yalnız azər­bay­canlılar yaşamış­dır. 1988-ci ilin no­yabr–de­kabr, 1989-cu ilin yanvar ayla­rında azər­baycanlılar Ermənistan döv­ləti tərəfindən tarixi–etnik torpaqla­rın­dan deportasiya olun­muş­dur. İndi ermənilər yaşayır.

Toponim Azər­baycan dilində “düzən, çöl, dü­zənlik”, “eniş, yo­xuşu, çuxuru olma­yan yer” məna­sında işlə­nən “düz” sözü ilə[i],[ii],[iii],[iv] qədim türk di­lində “yaşayış yeri, şəhər” mə­­na­sın­da işlə­nən kənd sözü­nün[v],[vi],[vii]  bir­ləşməsindən əmələ gəl­miş­dir. Relyef əsa­sında yara­nan mürəkkəb qu­ru­luşlu to­po­nim­dir.
 


[i] Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, «Elm», 1966. s.70

[ii] Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.68

[iii] Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, «Elm», 1980. s.168

[iv] Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.195

[v] Радлов В.В. Опыт словарья тюркских наречий, т.II, ч.2, СПб, 1899. s. 1079–1080 

[vi] Древнетюркский словарь, Л., «Наука», 1969. s.290

[vii] Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.270–271


 


[i] Tacir Səmimi. “Qədim Oğuz yurdunun Düzkənd kəndi”. Bakı, “Nurlan”, 2005. səh.16

[ii] Qorqodyan Z. 1831–1931–ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.20

[iii] Qorqodyan Z. 1831–1931–ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.20

[iv] Qorqodyan Z. 1831–1931–ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.20–21, 104–105

[v] Qorqodyan Z. 1831–1931–ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.20–21, 104–105

[vi] Bayramov A. Qədim Oğuz ellərinin – Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer–yurd adları (toponimləri), Sumqayıt, 1996. s.168