- Tarixi
 - VI-VII yüzil
 - YerləşməHazırkı toponim
 Qızıl Qoç rayonu–1938-ci ildən Verin Qukasyan, 1960-cı ildən Qukasyan, Qızıl Qoç kəndi 1990-cı ildən–Aşosk
- Təsnifatı
 Memarlıq
- Mövcud vəziyyəti
 Qızıl Qoç kəndindəki qəbirüstü heykəl ermənilər tərəfindən mənimsənilib, erməni abidəsi kimi nümayiş etdirilir.
- Məlumat
 Qızıl Qoç qəbirüstü heykəli Qızıl Qoç kəndində yerləşir.[i] Süxuru qırmızı rəngə çalan daşdan yonulmuş qəbirüstü qoç heykəlinin üzərində solda sürahi, ortada adam, sol tərəfdə isə at təsviri yer alıb. Dördbucaq çərçivə içərisində yerləşən sürahinin ətrafı naxışlarla bəzədilib.
Azərbaycan və indiki Ermənistan ərazisindəki qoç heykəllərin (qoç daşlarının) mənşəyi türk mənşəli xalqlara mənsubdur. Sibirdə е.ə. 700-100-cü illəri əhatə edən Taqar arxeoloji mədəniyyətinin əhatə etdiyi Yeniseyətrafı ərazidə və Minusin çökəkliyində qoç heykəlləri aşkar edilmişdir.[ii]
Azərbaycanda at və qoç heykəlləri Gədəbəy, Kəlbəcər, Daşkəsən və Naxçıvanda, Türkiyə ərazisində, o cümlədən Ahisaqada, Diyarbəkirdə, Pasianda, Ərzincanda, Çıldırda və Vanda vardır.[iii]
Kənd süxuru qırmızı rəngə çalan yaylaq yerinin adındandır. Yaylağın adındakı "qoç" sözü qırmızı rəngli daşdan yonulmuş "qoç daşların"ı (qoç heykəllərini) bildirir. Qoç heykəllərin türk mənşəli xalqlara mənsub olduğu tarixi sənədlərlə sübuta yetirilib.[i]
[i] С.В.Киселов. Древный историй Восточной Сибири, s.184, 442, 580
