- Tarixi
- XIX–XX əsrlər
- YerləşməƏvvəlki toponim
İrəvan quberniyasının Aleksandropol (Gümrü) qəzasındakı (İndi Qukasyan rayonunda) Qızıl Qoç kəndi[i]
[i] Орбели И.А. Избранные труды. т. I, М., 1963.
- YerləşməHazırkı toponim
1938-ci ildə kənd ermənilər tərəfindən Verin Qukasyan adlandırıldı. 1956-cı ildən Qukasyan rayonunun mərkəzinə çevrildikdən sonra 1960-cı ildə “Verin” sözü atılmışdır. 1990-cı ildən Aşosk
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Qızıl Qoç piri 1920-ci ildən ermənilərin əhatəsində qaldı. Boş qalmış kəndlərə ermənilər sahib oldular.
- Məlumat
Kənd süxuru qırmızı rəngə çalan yaylaq yerinin adındandır. Yaylağın adındakı “qoç” sözü qırmızı rəngli daşdan yonulmuş qəbirüstü qoç heykəllərini bildirir. Azərbaycan və indiki Ermənistan ərazisində qoç heykəllərinin (qoç daşlarının) mənşəyi məlum deyil. Lakin onların türk mənşəli xalqlara mənsub olması şübhəsizdir[i]
Qızıl Qoç ziyarətgahı eyniadlı kənd mərkəzinin yaxınlığında yerləşən Balaca təpənin döşündə idi. Buraya ziyarətə gələnlər niyyət edəndə, əgər bir kiçik daşı pirə yaxınlaşdıranda daş yapışsaydı niyyət qəbul edilmiş sayılır, bunun əksi niyyətin baş tutmayacağını göstərirdi[i]. Qızıl Qoç ziyarətgahı bölgə əhalisi tərəfindən sınaqlı ziyarətgahlardan hesab olunurdu. Pir kənd əhalisi ilə yanaşı, ətraf kənddən gələn sakinlər tərəfindən də ziyarət edilirdi.
Kənddə Türkiyədən gələn ermənilər yerləşdirilmişdir. 1918–1920-ci illərdə Qızıl Qoçda yaşayan türk əhali qırğına məruz qaldı. Kənddə Türkiyədən gələn ermənilər yerləşdirilmişdir.
[i] Səmimi Tacir. Ağbaba ziyarətgahları (ocaqlar, pirlər). Bakı, 2008, səh.22
[i] С.В.Киселов. Древный историй Восточной Сибири, s.184, 442, 580
