- Tarixi
- XVIII–XIX əsrlər
- YerləşməƏvvəlki toponim
Şörəyel mahalının Ağbaba nahiyəsinin, sonradan Amasiya rayonunun Düzkənd kəndi yaxınlığında
- YerləşməHazırkı toponim
Amasiya rayonunun Düzkənd kəndi 19.04.1991-ci ildən Alvar
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
1987–1991-ci illərdə baş verən azərbaycanlıların kütləvi deportasiyasından sonra azərbaycanlılara piri ziyarət etmək imkanı verilməyib.
- Məlumat
Toponim Azərbaycan dilində “düzən, çöl, düzənlik”, “eniş, yoxuşu, çuxuru olmayan yer” mənasında işlənən “düz” sözü ilə[i],[ii],[iii],[iv] qədim türk dilində “yaşayış yeri, şəhər” mənasında işlənən kənd sözünün[v],[vi],[vii] birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Düzkənd kəndi rayon mərkəzindən 13 km şimalda, Qərbi Arpaçayın sağ sahilində yerləşir.
Qızıldağ ziyarətgahı Amasiya rayonunun Düzkənd kəndinin yaxınlığında “Qızıldağ” deyilən dağın döşündə yerləşir. Qızıldağın önü çox sıldırım olduğundan onun arxa tərəfindən dağın başına çıxmaq olurdu. Dağın başı geniş ərazi, yastama idi. Qızıldağdakı ziyarətgah yeddi daş topasından ibarət idi. Bir-birindən xeyli aralıda yerləşən daş topası, daha doğrusu, top daşların hündürlüyü 0,6-0,7 metr idi. Bu ziyarətgah da digər Ağbaba ziyarətgahları kimi sınaqlı və müqəddəs sayılırdı[i]. Bu ocağı Düzkəndin, Sultanabadın, Təpəköyün əhalisi tez-tez ziyarət edir, onun üstündə qurbanlar kəsirdilər.
Bir sözlə, Qızıldağ ziyarətgahı 1988-ci ilə qədər ağbabalılar tərəfindən ziyarət edilmişdir [ii].
“İrəvan əyalətinin icmal dəftəri”ndə[iii] Qafqazın 5 verstlik xəritəsində[iv] qeyd edilmişdir. Amasiya rayonunda tarixən Düzkənd adında iki kənd olmuşdur: Böyük Düzkənd, Kiçik Düzkənd.[v] XIX əsrin əvəllərində Böyük Düzkənd və Kiçik Düzkənd kəndləri birləşdirilərək Düzkənd kəndi kimi rəsmiləşdirilmişdir.
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir.[vi] Kənddə 1886-cı ildə 348, 1897-ci ildə 520, 1908-ci ildə 636, 1914-cü ildə 722 nəfər azərbaycanlı yaşamış, 1916-cı ildən başlayaraq onlar ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 359, 1926-cı ildə 402, 1931-ci ildə 468[vii], 1970-ci ildə 516, 1987-ci ildə 580 nəfər[viii] yalnız azərbaycanlılar yaşamışdır. 1988-ci ilin noyabr-dekabr və 1989-cu ilin yanvar aylarında azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. İndi ermənilər yaşayır. Qərbi Arpaçayın sahilində düzənlikdə yerləşdiyinə görə “Düzkənd” adını almışdır.
[i] Səmimi Tacir. Ağbaba ziyarətgahları (ocaqlar, pirlər). Bakı, 2008, səh.21
[ii] Səmimi Tacir. Ağbaba ziyarətgahları (ocaqlar, pirlər). Bakı, 2008, səh.21
[iii] İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.132
[iv] Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.90
[v] Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.20
[vi] Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.20
[vii] Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.20–21, 104–10
[viii] Bayramov A. Qədim Oğuz ellərinin — Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimləri), Sumqayıt, 1996. s.168
[i] Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı: Elm, 1966. s.70
[ii] Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.68
[iii] Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, "Elm", 1980. s.168
[iv] Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.195
[v] Радлов В.В. Опыт словарья тюркских наречий, т. II, ч.2, СПб, 1899. s. 1079–1080
[vi] Древнетюркский словарь, Л., "Наука", 1969. s.290
[vii] Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.270–271
