- Tarixi
- XIX–XX əsrlər
- YerləşməƏvvəlki toponim
Şörəyel mahalının Ağbaba nahiyəsinin Ağbaba dağında, indiki Amasiya rayonunda
- YerləşməHazırkı toponim
Amasiya rayonu
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Qızılməzar piri Türkiyə-Ermənistan sərhədində tikanlı məftillərin olduğu ərazidə qalıb. Əhalinin gediş-gəlişi və piri ziyarət etməsi qadağan olunub.
- Məlumat
Qızılməzar piri kənd və bölgə əhalisinin ümid və inanc mənbəyi kimi ziyarət olunub.
Qızılməzar piri Ağbaba dağının döşündə, Ağbaba ziyarətgahından xeyli aşağıda yerləşirdi. Pir üstü yazısız, hündürlüyü bir metrdən artıq olan başdaşından ibarət idi, onun ətrafı kiçik hasarla əhatə olunmuşdu. Hasardan xeyli aralıda bir neçə qəbir də vardı. Deyilənlərə görə, bu qəbirlər seyidlərindi. Qızılməzar da uzun müddət ziyarət edilmiş müqəddəs yerlərdən sayılmışdır. Bu pir də sərhəd ərazisinə düşdüyündən 1937-ci ildən buraya da gözətçi postu qoyulmuş, gediş-gəliş kəsilmiş, yerli əhalinin bu müqəddəs yeri ziyarət etməsi qadağan edilmiş, 1956-cı ildən bu pir də, Ağbaba kimi sərhədin tikanlı məftilləri arasına salınmışdır.[i]
[i] Səmimi Tacir. Ağbaba ziyarətgahları (ocaqlar, pirlər). Bakı, 2008, səh.18
