Əsas şəkil

Qızılvəng alban məbədi

Tarixi
IV–V əsrlər
Yerləşmə
Əvvəlki toponim

Göyçə mahalı­nın Basarke­çər rayonunun Qızılvəng kən­dində

Yerləşmə
Hazırkı toponim

Basarkeçər rayonunun Qızılvəng kəndi 24.07.1940-cı ildən Çiçəkli, 1978-ci il ildən Make­nis adlandı­rılıb.

Təsnifatı

Memarlıq

Mövcud vəziyyəti

Qədim dövrə aid alban abi­də­­sinin – mə­bə­­dinin qalıq­ları in­di də durur. Ermə­ni­lər al­ban türk­lərinə aid mə­bədi mə­nim­sə­­yib, “er­mə­ni abidəsi” ki­­­­­­mi təq­dim edir.

Məlumat

Qızılvəng kəndində IV–V əsr­lə­rə aid məbəd mövcuddur. Kənddə albanlara məxsus qırmız tuf daşlar­dan inşa olunmuş məbəd olduğuna görə kənd Qızılvəng adlandırılıb. Yüksək ərazidə yerləşən məbəd ət­raf kəndlərdən də görünürdü. Kənd rayon mərkəzindən 15 km cənub-şərqdə yer­ləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə[i], Qafqazın 5 verstlik xəritəsində[ii] qeyd edil­mişdir.[iii]

Məhşur xalq aşığı Aşıq Alının anadan olduğu kənddir. Aşıq Alı özü­nü “Mahalım  Göyçədir, kən­dim Qızılvəng” kimi təqdim edir­di. Bu da kəndin qədim türk-oğuz yur­du olduğunu göstərir. Kənddə 1873-cü ildə 429, 1886-cı ildə 469, 1897-ci ildə 563, 1908-ci ildə 733, 1914-cü ildə 812, 1916-cı ildə 807 nəfər azərbaycanlı yaşamış­dır[iv]. 1918-ci ildə azərbaycan­lılar ermə­nilər tərəfindən qovulmuş, İran və Türkiyədən köçürülən ermənilər yer­­ləşdirilmişdir. İndiki Er­mə­nis­tanda sovet hakimiyyəti qurulan­dan sonra sağ qalan azərbay­can­lı­lar öz kəndlərinə qayıda bilmiş­lər. Burada 1922-ci ildə erməni­lər­lə ya­naşı, 168 nəfər, 1926-cı ildə 241 nəfər, 1931-ci ildə 282 nəfər azər­baycanlı yaşamış­dır[v] 1948–1953-cü illərdə əhalisi Azərbay­ca­na kö­çü­rüldükdən sonra orada er­mə­nilər yerləşdirilmişdir.

Toponim qır­mızı məna­sın­da işlənən “qızıl” və “kil­sə” sözü­nün sinonimi olan “vəng” sözlərinin bir­ləşməsindən əmələ gəlmiş­dir. Kənddə al­banlara məx­­sus qırmızı rəngdə  mə­bəd olduğu üçün Qı­zıl­vəng (Qızıl­kil­sə) adlan­dı­rılmışdır. Qu­ru­luşca mü­rəkkəb topo­nimdir.

 


 


[i] İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.116

[ii] Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.131

[iii] Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гызылвәнҝ // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.

[iv] Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.26–27, 112–113

[v] Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.27, 113.