Əsas şəkil

Qızılvəng kəndində daşüstü kitabələr

Tarixi
3500 il əvvəl
Yerləşmə
Əvvəlki toponim

Göyçə mahalının Basarkeçər rayonunun Qızılvəng kəndində 

Yerləşmə
Hazırkı toponim

Qızılvəng kən­di 24. 07.1940-cı ildən Çiçəkli, 25.0l.1978-ci ildən Ma­kenis adlan­dırılıb.

Təsnifatı

Dekorativ- tətbiqi sənət

Mövcud vəziyyəti

1987–1991-ci illərdə baş ve­rən  de­por­ta­si­yaya qədər kən­din mə­zarlığındakı kitabə əra­zidə qalırdı.   Son­rakı dövr­lər­də  ermə­ni­lər tə­rəfindən bir qismi da­ğı­dılıb, qalan­lar isə erməni elementləri əlavə edilərək mənimsənilib. 

Məlumat

Kəndin qədim məzarlığındakı kitabə­lərin eramızın əvvəllərinə aid olduğu bildirilsə də, kənd ərazi­sin­də 1950–1953-cü illərdə aparılmış arxeoloji qa­zıntılar zamanı tapılmış və İrəvan Ta­rix­şünaslıq Muzeyində eramızdan əv­vəlki ikinci minilliyin ortalarına aid eksponatlar kimi nü­mayiş etdirilən məişət və bəzək əş­yaları Qızılvəngin oğuz türkləri tə­rə­findən binələşdiril­məsinin azı 3500 illik tarixini təsdiqlə­yən mad­di sübutlardır[i].

1555-ci ilə dair yazışmalarda Qı­zıl­vəng Səfəvi-Azərbaycan döv­lə­tinin Çu­xur-Səəd bəylərbəyli­yi­nin inzibati va­hid­lərindən biri kimi təqdim olunur.

1826–1829-cu illər aralığında baş verən müharibələr zamanı isə kənd erməni-rus hərbi birləşmələri tərəfindən yerlə-yeksan edilmişdir. Bu fakt da tarixi sənədlərdə əksini tapmış, Göyçədə tam mənada da­ğı­dılıb viran qoyulmuş 108 kənddən 67-sinin İ.Şopen tərəfindən tərtib olunmuş siyahısında 39-cu sırada Qı­zılvəng kəndinin adı yer al­mış­dır.

Qızılvəngin sufi ənənə­lə­ri ilə yaşa­yan bir türk eli olduğu və Göyçə ozan-dərviş ordeninin in­kişafında müstəsna xid­mətlər göstərdiyi Ağ  Aşıq ya­radıcılığına bələd olan­lar üçün sirr deyil. O da faktdır ki, XIX əsrin əv­vəllərində Rusiyanın is­təyi ilə er­mə­ni vilayə­ti yaradılana qədər Qızıl­vəng əhali­si­nin etnik tər­kibinə gö­rə sırf türk kəndi olmuşdur. 


 


[i] Vilayətoğlu Salman. Oğuz Elinin müqəddəs ocağı – Göyçə. Bakı: 2006, s.307-308.