Qoşabulaq kəndində alban məbədi

Tarixi:
III-V yüzil
Yerləşmə /
Əvvəlki toponim:

Göyçə mahalı Basarkeçər ra­yo­nunun Qo­şa­bu­laq kənd­in­də yerləşir.

Yerləşmə /
Hazırkı toponim:

Qoşabulaq kən­d­i 19.04.1991-ci il­dən Şadcrek a­d­­­­­lanır.

Təsnifatı:

Memarlıq

Mövcud vəziyyəti:

Kəndin mər­kəz­in­də keçmiş klub və idarə bi­na­sı­nın arxa­sın­da çox böyük daş­lar­dan hörül­müş alban mə­bə­dinin qalıqları er­məni abidəsi kimi təq­d­im olu­nur.

Məlumat:

Qoşabulaq 1988-ci ildə baş verən kütləvi de­portasiyaya qədər azərbaycanlıların ya­şa­dığı qədim kənd olub. Kəndin mər­kəz­in­də keçmiş  klub və idarə binasının ar­xa­sın­da çox böyük daşlardan hörülmüş al­ban məbədinin qalıqları vardır.

 Məbədə müqəddəs pir kimi inanır və tə­mizliyinə riayət edərdilər. Məbədin üzərindəki  qra­bar əlifbası ilə yazılan yazılardan bir daha aydın olur ki, Qoşabulaq kəndi­nin ərazisində III-V əsrlərdə yaşayan al­ban türklərinin tarixini sübut edən dəlillər vardır.

 Kəndin köhnə qəbiristanlığındakı daşların böyüklüyü insanı heyrətə gəti­rir­di. Həmin daşlardan üzərində qrabar əlif­bası ilə yazılan yazılar vardır. Buradan bir daha aydın olur ki, həmin qəbiristanlıq  alban türklərinin qəbiristanlığı olub. Baş daşları çox iri və ağır olduğundan 60-70 sm-dən çox hissəsi torpaq qatları ilə örtülmüşdür. Kəndin ərazisində qədim yurd yerlərinin qalıqları vardır[i].

Məbədin üzər­in­də­ki qrabar əlif­­bası ilə yazı­lan yazılardan ay­dın olur ki, Qo­­şa­bul­aq kən­d­­i­nin ərazisində III-V yüzilliklər alban türkləri ya­­­şayıb [ii].

 

 

[i] Azərbaycan Respublikası Xatirə Kitabı / “Respublika Xatirə Kitabı” redaksiyası; toplayıb tərt. Ed. Araz Yaquboğlu . –  Cild 12. – Bakı, 2012 . – S. 598-600.

[ii] https://az.wikipedia.org/wi ki/Qo%C5%9Fabulaq_(G%C3%B6y%C3%A7%C9%99

Fotolar:
Videolar: