- Tarixi
- III-V yüzil
- YerləşməƏvvəlki toponim
Göyçə mahalının Basarkeçər rayonundakı Qoşabulaq kəndində
- YerləşməHazırkı toponim
Basarkeçər rayonu–Vardenis– Qoşabulaq kəndi19.04.1991-ci ildən– Şadcrek
- Təsnifatı
Memarlıq
- Mövcud vəziyyəti
Qoşabulaq kəndindəki alban dövrünə aid abidələrin üzərinə ermənicə yazılar və başqa elementlər əlavə olunaraq, ermənilər tərəfindən mənimsənilib, erməni abidəsi kimi təqdim olunur.
- Məlumat
Qoşabulağın azı 2000 illik tarixinə şahidlik edən maddi sübutlardır. 1555-ci ilə dair sənədlərdə kəndin adı Qoşabudar şəklində göstərilir və onun Səfəvi Azərbaycan dövlətinin Qarabağ (Gəncə) bəylərbəyliyinin inzibati bölgüsünə daxil edildiyi bildirilir. 1578-ci ildə Qoşabudar kəndi İrəvan əyalətinin Ordubad qəzasının Zar nahiyəsinin inzibati vahidləri sırasına daxil edilmişdi.
Qoşabulaq kəndinin ərazisində III-V əsrlərdə yaşayan Alban Türklərinin tarixini sübut edən dəlillər vardır. Kənd mağazasından 15-20 m məsafədə yerləşən köhnə qəbiristanlıqdakı daşların böyüklüyü insanı heyrətə gətirirdi. Həmin daşlardan üzərində "Qrabar" əlifbası ilə yazılan yazılar vardır. Buradan bir daha aydın olur ki, həmin qəbiristanlıq Alban Türklərinin qəbiristanlığı olmuşdur. Baş daşlar çox iri və ağır olduğundan 60-70 sm-dən çox hissəsi torpaq qatları ilə örtülmüşdür.[i]
[i] "Azərbaycan Respublikası Xatirə Kitabı", XII cild, "Respublika Xatirə Kitabı" redaksiyası, Bakı, 2012. səh. 598–600. (Toplayıb tərtib edəni: Araz Yaquboğlu)
